RƏQİB PARTİYA SƏDRLƏRİ BİR-BİRİNƏ MEYDAN OXUDULAR – “Hətta İsa Qəmbər bu dairədə cəmi min səs toplamışdı...”
Növbədənkənar parlament seçkilərinin təbliğat-təşviqat mərhələsində daha çox izlənilən və nəticələri maraqla gözlənilən dairələrdən biri də 15 saylı Yasamal birinci Seçki Dairəsidir.
Bu dairədə Müsavat Partiyasının başqanı Arif Hacılı və Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu üz-üzə gəliblər. Yeni Azərbaycan Partiyası (YAP) bu dairədə həkim Rauf Nağıyevlə təmsil olunur. Həmçinin, 15 saylı dairəni son çağırışda bitərəf deputat kimi təmsil etmiş Ülvi Quliyev də yenidən namizədliyini irəli sürüb.
Sözügedən dairədə ən aktiv və aralarında kəskin mübarizə gedən namizədlər Arif Hacılı ilə Sərdar Cəlaloğlu sayılır. “AzPolitika.info” həmin siyasətçilərin seçki kampaniyası ilə bağlı fikirlərini öyrənib.
ADP sədri Sərdar Cəlaloğlu deyib ki, hava şəraiti səbəbindən aktiv kampaniya aparmaq olmur: “Amma bununla belə, kampaniyamız gedir. Nümayəndələrimiz ev-ev gəzirlər, fərdi qaydada iş aparırlar. Çox böyük ümidimiz var və düşünürük ki, qalib gəlmək üçün lazım olan elektoratı artıq əldə etmişik. Amma qarşıda 10-15 günümüz var və daha fəal iş aparılacaq. Əgər seçkilərə müdaxilə olmasa mən bu dairədən qalib gələcəyəm”.
“Ədalətli seçkidə heç biri mənə rəqib deyil”
Sərdar Cəlaloğlu bu dairədəki digər namizədlər haqqında da danışıb: “Fikrimcə, burada 3 əsas rəqib hesab olunacaq şəxs var. Biri YAP-ın, digəri Müsavat Partiyasının irəli sürdüyü namizəddir, başqa biri isə bu dairədən deputat olan Ülvi Quliyevdir. Açığını deyim ki, onların heç biri ədalətli seçkidə məni uda bilməz. Amma rəqib kimi rəqibdirlər. Məsələn, YAP-ın nümayəndəsi Respublka Xəstəxanasında görüş keçirir və adını da qoyur seçicilərlə görüş. Bu da sovet dövründən qalma ənənədir. Bu dairədən deputat olan Ülvi Quliyev ətrafına idmançıları toplayıb. Camaat yaxşı bilir ki, bu şəxs 15 il deputat olub, amma bir dəfə seçicinin maraqlarını müdafiə etməyib. Odur ki, burada bizə qarşı çox isti münasibət var”.
“Arif Hacılının bu dairədə şansı yoxdur”
Rəqibi Arif Hacılı haqqında fikirlərini açıqlayan S. Cəlaloğlu deyir ki, Müsavat başqanı ciddi fiqur olsa da, bu dairədən onun şansı yoxdur: “Arif Hacılı bu dairədən səs ala bilməyəcək. Çox yanlış seçim edib. Bu dairədə olan ab-hava, əhalinin əhval-ruhiyyəsindən bilirəm ki, mənə münasibət çox yaxşıdır. Arif Hacılı bu dairədə mənə qalib gələ bilməz. Əgər qalib gələcəyini deyirsə, səhv edir. Bu dairədən əvvəl İsa Qəmbər də namizəd olub və maksimum min səs toplayıb. Əgər Arif Hacılı qalib gəlsə, onu təbrik edərəm, amma belə şansı yoxdur. Mən qalib gəlsəm, onun məni təbrik etməsinə ehtiyacım yoxdur. Arif Hacılı məndən sonra gəlib bu dairədən namizədliyini verməklə kim olduğunu ortaya qoyub. Təsəvvür edin ki, Arif Hacılı məndən iki həftə sonra bu dairədən namizədliyini verib. Bunun özü şübhəlidir. Məsələn, “Xural” qəzeti debat təşkil etmişdi, amma Arif Hacılı gəlmədi. Mənim seçki qərargahımda 5-6 nəfər müsavatçı işləyir. Arif Hacılının öz kəndindən olan bir dostumuz da seçki kampaniyamızda aktiv rol alıb. Bunun özü nəsə deməlidir”.
Sərdar Cəlaloğlu əlavə edib ki, Arif Hacılı ilə görüşmək niyyəti yoxdur: “Seçkidən əvvəl düşünürdük ki, dairələr üzrə namizədləri müəyyən edərik. Amma məndən sonra bu dairədən namizədliyini irəli sürdükdə anladım ki, burada başqa məqam var. Elə məsələlər varki, onluq deyil...”
“Bu iki nəfərdən biri mənim əsas rəqibim olacaq”
Arif Hacılı isə bildirib ki, əslində Müsavat başqanının rəqibi normalda hakimiyyət partiyasının lideridir: “Yəni formal da olsa, YAP sədri İlham Əliyevdir. Amma seçki kampaniyasında İlham Əliyevin iştirak etmədiyini nəzərə alaraq, onu qeyd edə bilərəm ki, bu dairədə YAP-ın bir namizədi var. Bildiyim qədər bu namizəd həkimdir və onun siyasi təcrübəsi yoxdur. Onun nə zamansa siyasətlə məşğul olması haqda məndə məlumat yoxdur. Ancaq bu dairədən əvvəl deputat olan Ülvi Quliyev yenidən öz namizədliyini irəli sürüb. Odur ki, bu iki nəfərdən biri mənim əsas rəqibim olacaq. Mən onların hər ikisinə müraciət etmişdim, populyar internet televiziyaları da onlara müraciət etmişdilər ki, mənimlə debata çıxsınlar. Təəssüf ki, onların hər ikisi bundan imtina edib...”.
“Sərdar Cəlaloğlu mənim rəqibim deyil”
Bu dairədən əsas rəqibi kimi adını belə çəkmədiyi Sərdar Cəlaloğlu haqqında suala gəldikdə, Müsavat başqanı deyib ki, o, rəqibləri haqqında fikirlərini bildirib: “Siz məndən rəqiblərim haqda soruşdunuz, mən də fikrimi dedim. Sərdar Cəlaloğlu mənim rəqibim deyil. Bir daha qeyd edirəm ki, rəqibim hakimiyyətin öz resursları hesabına müdafiə etdiyi bitərəf namizəd və YAP-ın irəli sürdüyü namizəddir. Sərdar Cəlaloğlunun bu dairədən rəqibinin olmadığı haqda fikir bildirməsi onun öz işidir. Fevralın 9-da kimin rəqib olub-olmadığı aydın şəkildə görünəcək. Hətta nəticələr saxtalaşdırılsa belə, seçkilərdə kimin daha çox səs aldığını reallıqda hər kəs biləcək”.
“Siyasətdə 30 ildir bir-birini tanıyan, hətta birgə həbsdə yatan ADP sədri və Müsavat başqanı niyə eyni dairədən rəqib olub” sualına cavabında Arif Hacılı bir daha qeyd etdi ki, Sərdar Cəlaloğlu onun rəqibi ola bilməz: “Ən azı tutduğumuz siyasi mövqe baxımından bu belədir. Bizim tutduğumuz siyasi mövqelər arasında həddən artıq ciddi fərq var. Azərbaycan ictimaiyyəti də siyasi mövqelərimiz arasındakı həlledici fərqin nədən ibarət olduğunu çox yaxşı bilir. Odur ki, bu məsələdə hər hansı bir narahatçılıq olmayacaq”.
Paylaş:
Müəllif : Redaktor
Tarix:26-01-2020, 12:52
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:26-01-2020, 12:52
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
20-12-2024, 10:16