reklam
Regionxeberlericom.az » Cəmiyyət » “Oturmağa stul yoxdur, soyuq döşəmədə yatırıq, astma xəstəsiyəm” - Şəhid anası bu evdə yaşayır

reklam

“Oturmağa stul yoxdur, soyuq döşəmədə yatırıq, astma xəstəsiyəm” - Şəhid anası bu evdə yaşayır


112 saylı Qax seçki dairəsindən deputatlığa namizəd, tanınmış hüquq müdafiəçisi Əhməd Şahidov Qax rayonu Ləkit kəndində yaşayan Şəhid ailəsini ziyarət edib. İki otaqlı təmirsiz, soyuq və heç bir şəraiti olmayan evdə yaşadıqlarını deyən Şəhid anası evlərində oturmağa adi bir stulun olmadığını, soyuq döşəmədə yatdıqlarını və özünün də astma xəstəsi olduğunu deyib. Yerli icra orqanlarının heç bir yardım etmədiyini deyən Şəhid anası hisslərini cilovlaya bilməyib: “Mən qadın kimi yaşamıram, mən insan kimi yaşamıram, mən ana kimi yaşamıram”.
Qeyd edək ki, Əhməd Şair oğlu ŞAHİDOV 1982-ci ildə Qax rayonunda anadan olub. Bakı Slavyan Universitetinin bakalavr, magistratura və aspirantura pillələrini bitirib. Filologiya üzrə Fəlsəfə Doktoru elmi dərəcəsini müdafiə edib. Daha sonra Moskva şəhərində Rusiya Federasiyası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət Hüququ” fakültəsini bitirib.

Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun direktoru, eyni zamanda Azərbaycanlı Əsir və Girovlarla bağlı Məlumat Mərkəzinin koordinatorudur. Dünyanın 65 ölkəsində beynəlxalq təşkilatlarda Azərbaycanın milli maraqları, Dağlıq Qarabağ münaqişəsi, azərbaycanlı əsir və girovlarla bağlı çoxsaylı çıxışlar edib.

Evlidir, 2 övladı var. Rus, ingilis dillərində sərbəst danışır.

www.shahidov.com


Paylaş:


Müəllif : Tarix:
28-01-2020, 13:08
Sikayət   


loading...
Загрузка...