![reklam](/templates/tema/images/saythazir.png)
“Təhsilin əlçatımlılıq qabiliyyətini aşağı salır” - İmtahan qiymətləri artdı, narazılıq yarandı
![](https://www.regionxeberlericom.az/uploads/posts/2020-01/medium/1580291498_image_750x422_5e3153b83141b.jpg)
Bir müddət öncə Dövlət İmtahan Mərkəzi (DİM) bakalavriat və magistratura səviyyələrinə qəbul üçün keçiriləcək sınaq, qəbul imtahanlarının vaxtını, imtahanların qiymətini açıqladı. Lakin bakalavriat səviyyəsinə qəbul üçün sınaq imtahanın qiyməti 40 manat, magistratura səviyyəsi üçün keçiriləcək sınaq imtahanının qiyməti isə 50 manatdır. Bu isə sosial şəbəkələrdə bir sıra şikayətlərin artmasına və narazılıqlara səbəb olub.
Bəs qiymətlərin bu qədər artmasına ehtiyac var idimi?
Məsələ ilə əlaqədar təhsil eksperti Kamran Əsədov ilə əlaqə saxladıq. O, açıqlamasında bildirib ki, bu qiymətlər reallığı əks etdirmir:
“İlk növbədə qeyd edim ki, Azərbaycanda 2016-cı ilin aprel ayınadək TQDK idi. TQDK dövlət vəsaiti hesabına maliyyələşirdi. Amma buna baxmayaraq, bir çox ximətlər ödənişli idi. Həmin vaxtlarda ali təhsil müəssisələrinə qəbul olmaq istəyənlər kart alaraq və ya 2.50 azn və ya 3 azn ödəməklə həm sınaq, həm də qəbul imtahanında iştirak edə bilərdi. Lakin 2016-cı ildən etibarən DİM yaradıldı. Burada anlaşılmazlıq var.
Birincisi, DİM birləşməsində dövlət sözü var. Deməli bu publik hüquqlu şəxs ola bilməz. Düzdür, dövlətin funksiyalarını yerinə yetirən publik hüquqlu şəxsdir. Amma bütün hallarda Azərbaycan da alternativ qurum olmadığına görə, hazırda DİM bazara diktə edən bir qurumdur. Yəni qiymət qoyan odur. Yanlışlıq elə buradan başlayır. Mütləq alternativ qurum olmalıdır ki, onlar da imtahan keçirsinlər. Məsələnin, ikinci tərəfi isə hazırda ali təhsil müəssisələrində tələbə qəbulu üçün keçiriləcək sınaq və qəbul imtahanlarının məbləği reallığı əks etdirməməsidir. Qiymət müəyyənləşərkən bir sual kitabçanın başa gəlmə xərcləri hesablanır. Məsələn, bir sual kitabçasında bakalavr pilləsində yəni əvvəllər 125 sual idisə, indi 90 sualdır. 90 sualı yazan müəllifə balavriat səviyyəsinə görə 1 manat, magistratura üçün isə 1.50 manat ödənilir. Bunu yoxlayana isə 20-30 qəpik ödənilir. Bir sual kitabçasının suallarının müəlliflər tərəfindən alınması, onun çap edilməsi, imtahan binasına gətirilməsi və s. bütün bunları qiymətləndirsək, maksimum 12 manata başa gələ bilər. Onsuz, DİM imtahan keçirəcəyi binalara görə, heç kimə kirayə pulu ödəmir.
Ən maraqlı tərəf isə DİM imtahan keçirmək üçün lazım olan avadanlıqları dövlət büdcəsinin hesabına almışdı. Hazırda DİM-in istifadə etdiyi test tapşırıqlarının heç də hamısı yeni suallar deyil. Sualların A və ya B variantlarının yerini dəyişiblər, amma suallar yeni deyil. Məbləğlərin bu qədər yüksək olması təhsilin əlçatımlılıq qabiliyyətini aşağı salır. Təsəvvür edin ki, 2016-ci ildə sınaq imtahanı üçün ayrılmış 30-40 min yer yarım saat ərzində bitirdi. İndi isə 5 min yer qoyulub. Hələ ki bu sayının yarısının yarısı da dolmayıb. Bu qiymətlər reallağı əks etdirmir.
Sınaq imtahanı imtahan iştirakçıların psixoloji və fizioloji baxımdan hazırılığı prosesidir. Bundan sonra tələbənin və ya şagirdin qabiliyyət və bacarıqlarını yoxlayır. Siz bu imtahan vasitəsilə 90 dəqiqə vaxtı necə böləcəyinizi, hansı fənndən başlayacağınızı, sual kitabçasını cavab kartına köçürülməsi forma və qaydalarını öyrənə bilərsiz. Əvvəllər ən azı 5-6 belə imtahan keçirilirdi, yüksək bal toplayanların sayı çox olurdu. 2019-da isə 700 bal toplayan olmadı”.
Paylaş:
Müəllif : Redaktor
Tarix:29-01-2020, 13:51
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:29-01-2020, 13:51
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
![reklam](/templates/tema/images/reklam300.png)
Xəbər lenti
Dünən, 09:26
10-02-2025, 19:29
10-02-2025, 14:52
10-02-2025, 14:02
10-02-2025, 13:41
10-02-2025, 11:20
10-02-2025, 08:42
![](https://www.regionxeberlericom.az/uploads/posts/2025-02/1739251498_sekil.jpg)
DTX dövlətə xəyanət etmiş Azər Bağırovu məsuliyyətə cəlb etdi - İordaniyadan gətirildi - Foto
![](https://www.regionxeberlericom.az/uploads/posts/2025-02/thumbs/1739201074_jsw1efegsz9x8mz1wu89bqjnroqii6vqct2ljb8e_1200.webp)
Səkkiz yaşlı Mehdinin sizin köməyinizə ehtiyacı var: Ən böyük arzusu anasına tərəf addımlamaqdır
![](https://www.regionxeberlericom.az/uploads/posts/2025-02/thumbs/1739184731_resize-1.jpg)
Daha bir rusiyalı deputatın Azərbaycana girişinə qadağa qoyuldu - Zatulin, Milonov və...
![](https://www.regionxeberlericom.az/uploads/posts/2025-02/1739162089_1.jpg)
Günəşdəki nəhəng koronal dəlik Yer kürəsinə tərəf çevrildi: Maqnit qasırğaları gözlənilir
![](https://www.regionxeberlericom.az/uploads/posts/2025-02/1739170020_1.jpg)
Mürsəl İbrahimovun komissarı 10-cu dərəcə skarliozu əsgər göndərib - Daha bir fakt...
![](https://www.regionxeberlericom.az/uploads/posts/2025-02/thumbs/1739172006_resize-3.jpg)
Əfv Komissiyasının iclasları başlayır - Nə qədər məhbus həbsxana divarlarını tərk edəcək?
![](https://www.regionxeberlericom.az/uploads/posts/2025-02/1739121991_1.jpg)