Koronovirus hər gün onlarla adam öldürür, minlərlə adamı yoluxdurur - Daha iki ölkəyə keçdi...
Çində koronavirus epidemiyasından ölənlərin sayı ötən sutka ərzində artıb. Virusun səbəb olduğu yeni tip pnevmaniyadan ölənlərin sayı 259 nəfərə, virusa yoluxanların sayı isə 11,1 min nəfərə çatıb. Beləliklə, virus hər gün orta hesabla onlarla adamı öldürür, minlərlə adamı yoluxdurur. Mütəxəssislər epidemiyanın yayılma sürətinin fevral ayında daha da artacağını, yoluxanların sayının milyonu keçəcəyini proqnozlaşdırır. Ölüm və yoluxma halları daha çox epidemiyanın episentri olan və ətraf aləmdən təcrid edilmiş Vuhan şəhərində baş verir.
Çindən başqa virus daha 20-yə yaxın ölkəyə keçib. Ötən gün ərzində daha iki ölkədə-İsveçdə və İspaniyada virusa ilk yoluxma halları qeydə alınıb. İsveçin İctimai Səhiyyə Agentliyinin məlumatına əsasən, yoluxma faktı Yençepinqedə, Rıhov dairəsi xəstəxanasında təsdiqlənib. Virusa yoluxan qadındır, o, yanvarın 24-də Çinin Vuhan şəhərindən səfərdən qayıdıb. İspaniyada isə virus almaniyalı turistdə aşkarlanıb. O və təmasda olduğu digər turistlər karantinə yerləşdirilib.
Xatırladaq ki, bundan əvvəl virus qonşu Rusiyada qeydə alınmışdı. Bu ölkədə ölkələrindən bir neçə gün əvvəl dönən iki Çin vətəndaşının virusa yoluxduğu təsdiqlənib.(virtualaz.org)
Paylaş:
Müəllif : Redaktor
Tarix:1-02-2020, 12:31
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:1-02-2020, 12:31
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 11:35
AŞARAQ ƏRAZİDƏ QALAN 10 YAXIN İRİ HƏCİMLİ ŞAM AĞAÇLARI - TƏBİƏTƏ ABŞERON RİH TƏRƏFİNDƏ EDİLƏN " HÖRMƏT" VƏ "QAYĞI" - FOTO
Bu gün, 11:34
Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Dünən, 08:54
TƏBİB-in (Şamaxı HMK-nın) tibbi xidmətdən imtinasına qiymət verilmir - 10 ilin ürək, şəkər, Parkinson xəstəsinə TSEK-ə göndəriş verilmir
15-11-2024, 10:07