İcbari tibbi sığortada yeni problem - Acınacaqlı vəziyyət
Azərbaycanda icbari tibbi sığortaya keçid özü ilə çox mühüm bir məsələni də gündəmə gətirib. Bu, icbari tibbi sığortanın tətbiq olunduğu və olunacağı tibb müəssisələrində xəstə axını zamanı yaranan növbə problemi ilə bağlıdır. Qeyd edək ki, icbari tibbi sığortanın tətbiq olunduğu ərazilərdəki tibb müəssisələrinə xəstələrin daha çox müraciət etməsi avtomatik olaraq sıxlıq yaradır. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi bu problemi yoluna qoymaq üçün ötən gündən başlayaraq Azərbaycanda icbari tibbi sığortaya keçən tibb müəssisələrində növbə sistemini tənzimləyən terminallar quraşdırıb. Artıq Quba, Qusar, Ağsu, Şamaxı, Şəki, Kürdəmir, Ucar, Göyçay, Qəbələ və Zaqatala rayon mərkəzi xəstəxanalarında növbə sistemini tənzimləyən terminallar işə düşüb. İlin sonuna kimi avadanlıqların digər xəstəxanalarda da quraşdırılması nəzərdə tutulub.
"Yeni Sabah" xəbər verir ki, Sputnik Azərbaycan icbari tibbi sığortaya cəlb olunan tibb müəssisələrində xəstələrin növbə sisteminin necə tənzimlənəcəyini, quraşdırılan terminalların işləmə mexanizmini araşdırıb.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) Tibbi iddialar departamentinin rəhbəri Vüqar Qurbanov Sputnik Azərbaycan-ın sualına cavab olaraq bildirib ki, tibb müəssisələrinə müraciətlər kifayət qədər çoxdur:
V.Qurbanov hələ ki icbari tibbi sığortanın tətbiq olunduğu tibb müəssisələrində növbə rejiminin onlayn tənzimlənməsinin mümkün olmadığını bildirib.
Qeyd edək ki, icbari tibbi sığorta sisteminin tətbiq olunduğu əksər ölkələrdə onlayn növbə sistemi fəaliyyət göstərir. Səhhətində problem olan xəstələr tibb müəssisəsinə gəlməmiş müraciət edəcəkləri tibbi xidmət üzrə neçə xəstənin növbədə dayandığı barədə məlumat əldə edə bilirlər. Bu, xəstələrin saatlarla xəstəxanada vaxt itirməsinin qarşısını alır. Bu təcrübə qardaş Türkiyədə tətbiq edilir.
Tibb elmləri doktoru Adil Qeybulla açıqlamasında bildirib ki, icbari tibbi sığortanın tətbiq olunduğu bölgələrdəki tibb müəssisələrində hökm sürən xaos bu problemin bariz nümunəsidir: "Biz sosial şəbəkələrdə yerləşdirilən videoçarxlardan da görürük ki, icbari tibbi sığorta mexanizmi işə düşən ərazilərdəki tibb müəssisələrində çox acınacaqlı vəziyyət yaranıb. İnsanlar keçid dövründə ərzaq üçün növbə gözləyən kimi indi də həkim növbəsi gözləyirlər. Bu, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin yarıtmaz fəaliyyətindən xəbər verir. Agentlik xəstə növbəsinin sistemini qurmamış işə başlayıb. Bunun nəticəsində də rayonlarda tibb müəssisələrində xaos vəziyyət yaranıb".
A.Qeybulla deyir ki, Agentlik növbə məsələsini terminal vasitəsilə yoluna qoymağa çalışsa da, buna nail ola bilməyəcək: "Nəzərə almayıblar ki, tibb müəssisəsinə gələn xəstədir.
Burada həkimin yazacağı göndərişlə müayinələri də nəzərə alsaq, xəstə ən yaxşı halda bir gününü tibb müəssisəsində növbə gözləməklə keçirməlidir. Bu isə, sözsüz ki, xəstənin şəfa tapması əvəzinə səhhətinin daha da ağırlaşmasına gətirib çıxardacaq".
A.Qeybulla bildirir ki, icbari tibbi sığorta sistemi ilə çalışan tibb müəssisələrində xəstələrin qeydiyyatı onlayn şəkildə olmalıdır: "Türkiyədə xəstə onlayn müraciət etməklə, eləcə də zəng vasitəsi ilə həkimin növbəsinə yazılır. Tibb müəssisəsi xəstəni qeydiyyata alaraq ona hansı gündə, hansı saatda həkimin qəbuluna gəlməklə bağlı məlumat verir. Bizdə bu elektron sistem qurulmadığından, xəstələr saatlarla, bəzən günlərlə həkimin qəbulu və müxtəlif tibbi xidmətlər üçün xəstəxanalara təpik döyməli olacaqlar".
Qeyd edək ki, 2020-ci il yanvarın 1-dən icbari tibbi sığorta 23 rayon və şəhərdə tətbiq olunur. Bu regionlara Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Şamaxı, İsmayıllı, Ağsu, Qobustan, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, Göyçay, Ucar, Zərdab, Kürdəmir, Mingəçevir, Yevlax və Ağdaş daxildir. Sözügedən rayonlarda yerləşən tibb müəssisələri üzrə cari ilin 23 yanvar tarixinə qədər 265 min 335 müraciət qeydə alınıb.
Paylaş:
Müəllif : Redaktor
Tarix:1-02-2020, 20:56
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:1-02-2020, 20:56
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20
Kiyevdə rusların vurduğu "Şah Plov" restoranı deputat Ağalar Vəliyevə məxsusdur - FOTO
21-12-2024, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
21-12-2024, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09