Ən böyük narkobaronun Azərbaycanda evlənən yerlisi
2019-cu ilin yanvar-noyabr aylarında Azərbaycana dünyanın 192 ölkəsindən 2923,8 min və ya 2018-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə 11,0 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Bu barədə Dövlət Statistika Komitəsi məlumat açıqlayıb. Onların arasında Azərbaycana gələrək burada uzun illər məskunlaşanlar da az deyil.
Artıq tullantıdan, başqa sözlə desək, zibildən də pul qazanmaq mümkündür. Budəfəki həmsöhbətimiz, kolumbiyalı Mario Lancer kimi. Kolumbiyada Hərbi Dənizçilik Akademiyasını bitirən Mario azərbaycanlı xanımla ailə həyatı qurduqdan sonra burada yaşamağa qərar verib. Mario Lancer, onun ailəsi və işi ilə daha yaxından tanış olmaq üçün "Sputnik Azərbaycan" cütlüyün yaşadığı evdə qonaq olub.
Kolumbiyanın paytaxtı Boqotada dünyaya göz açan Mario artıq uzun illərdir ki, boş vaxtlarını tullantılardan maraqlı oyuncaqlar, robotlar yaratmaqla keçirir.
Kolumbiyalı Mario Lancer azərbaycanlı həyat yoldaşı ilə
Mario deyir ki, Kolumbiyada olarkən özünə lazım olan tullantıları müxtəlif zibilliklərdən yığırmış: "Yəni zibilliyi eşələyib özümə lazım olanları götürürdüm. Amma Bakıda belə deyil, addımbaşı yerdə qabağıma çıxan, mənə lazım ola biləcək hansısa tullantını götürürəm".
Hazırda isə ona bu işdə həyat yoldaşı Pərvin xanım dəstək olur. Öncə onların tanışlıqları haqda məlumat alırıq. Bu haqda Mario özü məlumat verir: "Bir neçə il öncə "Təmiz Şəhər" Açıq Səhmdar Cəmiyyətində çalışarkən "Tullantıdan sənətə" sərgisinin icrasını həyata keçirtmək üçün Pərvin xanım mənimlə əlaqə saxlamalı oldu. Digər əcnəbilərlə mail vasitəsilə əlaqə saxlasa da, mənimlə "Facebook" üzərindən ünsiyyət qurdu. Çünki maillə əlaqə saxlamaq imkanım yox idi. Beləcə, biz öncə işlə bağlı müəyyən müzakirələr aparmağa başladıq. Əvvəl dostlaşdıq, daha sonra isə artıq aramızda bir istilik yarandı, bir-birimizi çox bəyənmişdik. Artıq o, mənim sevgilim idi. Üç ay danışdıqdan sonra düşündüm ki, mənim qəlbimin sahibi elə bu xanımdır. Artıq virtual tanışlıq zamanı ailə həyatı qurmağa da qərar vermişdik".
"Beləcə Bakıya gəldim, o məni ilk dəfə görəndə, çox hündürsən, deyib təəccüb içində qaldı. Mənim üçün isə o düşündüyümdən daha bəstəboy idi. Düzü, qəribə təəssürat idi, ilk dəfə idi bir azərbaycanlı xanımla tanış olurdum, onu çox bəyənmişdim. Bakıya gələrək nişanlandıq. Ailə həyatı qurmaq üçün Gürcüstana getdik. Bu da mənim viza ilə bağlı problemlərimlə əlaqəli idi. Daha sonra böyük bir toy məclisi təşkil etdik. Artıq 6 ildir ki, ailəyik, çox xoşbəxtik", – deyən Mario Bakıda olmağından çox məmnundur.
Mario Lancerin tullantılardan hazırladığı robot
Azərbaycanda əcnəbilərə böyük hörmət olduğu üçün Mario burada özünü heç də yad hesab etmir. Lakin Azərbaycana köçdüyü ilk illər onun üçün çətinliklərlə yadda qalıb. Çətinliklərdən uğurla çıxmaq, çörəkpulu tapmaqda isə ona uzun illərdir məşğul olduğu fəaliyyəti yardımçı olub: "Beləcə burada uşaqlar üçün robot texnikası mühəndisliyinin tədrisinə başladım, bunun üçün bir akademiya yaratdıq. Bu akademiyada eyni zamanda uşaqlara müəyyən riyazi bilikləri də aşılayıram. Düşünürəm ki, robot texnikası gələcək üçün mühüm peşələrdən birinə çevriləcək. Hazırda burada müəllim kimi çalışıram".
O, müxtəlif məişət tullantılarını yığaraq robot texnika nümunələri yaradır. Yaşadıqları evin bir otağı isə demək olar ki, elə bu oyuncaqlardan ibarətdir. Burada ən azı 200 müxtəlif çeşiddə oyuncaq, robot və hissəciklər gözə dəyir. Həmin oyuncaqların əksərinin isə plastiklər, butulka qapaqları, ümumiyyətlə müxtəlif növ qapaqlardan ibarət olduğunu deyə bilərik.
Mario deyir ki, müxtəlif elementləri əldə etməkdə 3D skanerin köməyindən yararlanır. Bu skaner ona istədiyi dizaynda element təqdim edir.
Mario ixtisasca dənizçidir. Həmsöhbətimiz deyir ki, Kolumbiyada prezident hərbi dənizçilərə üzük bağışlayır. Bu üzüyün bağışlanmasında məqsəd ailə həyatı qurarkən onlara müəyyən qədər də olsa, kömək olmaqdır. Elə Mario da ailə həyatı qurarkən bu üzüyü əridərək xanımının barmağına taxıb. Barmağındakı üzüyü göstərən Pərvin xanım Marionun dediklərinə əlavə şərh verir: "Biz də ailə həyatı qurarkən bu üzüyü əritdik, ona istədiyimiz dizaynı verdirdik. Həmin o dənizçi üzüyü indi mənim barmağımdadır".
Mario Lancerin tullantılardan hazırladığı robotlar
Bir neçə dil bilən Pərvinin 32, həyat yoldaşı Marionun isə 42 yaşı var. Cütlük hələ Kolumbiyada yaşamağı qərara almayıb: "Əvvəl Kolumbiyaya getməyə qorxurdum. Həm də düşünürdüm ki, valideynlərim də buna razı olmazlar. Mario isə deyirdi ki, ya sən bura gəlməlisən, ya da mən ora gəlməliyəm. Düzü, Kolumbiyada yaşamağın əleyhinə olmasam da, hələlik bu haqda düşünməmişik".
Mario isə burada həyat şərtlərinin onun üçün heç də çətin olmadığını deyir: "Bilirsiniz, mənim üçün Kolumbiya və Azərbaycanın oxşar, ümumi cəhətləri var. Amma bu ümumiliyin, oxşarlıqların içində böyük fərqliliklər var desəm, yanılmaram. Burada həyat üçün heç bir təhlükə yoxdur. Kolumbiyada isə vəziyyət fərqlidir. Oğurluqlar, cinayətlər baş alıb gedir. Bu səbəbdən belə sakit, təhlükəsiz şəhərdə yaşamaq gözəldir".
"Bizim dinlərimiz çox fərqlidir. Bundan başqa, ətraf ölkələr də fərqlidir. Biz daha çox Meksika və ABŞ-ın təsirindəyiksə, düşünürəm ki, Azərbaycan da qonşuluğunda olan ölkələrin, yəni əsasən Türkiyə və Rusiyanın təsirindədir. Bu təsirləri mədəniyyət və incəsənətdə də görmək mümkündür", – deyə o əlavə edir.
Hər bir ölkə öz fərqliliyi ilə seçilir. Azərbaycanı digər ölkələrdən fərqləndirən ənənələr sırasında toy və yas adət-ənənələrini də qeyd etmək olar. Həmsöhbətimiz Azərbaycanda toy adətlərinin Kolumbiyadakı ilə müqayisədə daha mürəkkəb olduğunu söyləyir: "Burada toya hazırlıq uzun müddət və böyük xərc tələb edir. Azərbaycanda dəfn mərasimi məni çox təəccübləndirir. Bakıda ilk dəfə yas yerinə gedəndə şoka düşmüşdüm. İnsanlar qışqırırdılar. Bizdə isə ölənə hörmət əlaməti olaraq heç kəs qışqırmır, əksinə, dəfn mərasiminə yığışan hər kəs astadan danışır".

"Amma bununla belə yenə də Azərbaycanın bütün adət-ənənələrinə hörmətlə yanaşmağa çalışıram" deyən həmsöhbətimizi buradakı xoş ab-hava, mehribanlıq, böyük-kiçiyə, yaşlılara, qadınlara olan hörmət sevindirir: "Məsələn, ictimai nəqliyyatda yaşlılara, qadınlara, xüsusən də körpəli qadınlara bəylərin hörmət və ehtiramla yanaşması, duraraq onlara yer verməsi gözəl bir ənənədir. Lakin bu ənənələri siz nə ABŞ-da, nə də digər ölkələrdə, o cümlədən də Kolumbiyada görə bilməzsiniz. Bundan başqa, digər ölkələrdən fərqli olaraq, Azərbaycanda ailə institutuna böyük dəyər verilir. Ailə sanki cəmiyyətin bir nüvəsidir".
"Azərbaycanlıların danışıq tərzləri də çox mədənidir. Amma bizim dilimiz söyüşkəndir. Bu səbəbdən də mən də burada mədəni şəkildə danışmağa, ağzımdan kobud söz çıxarmamağa çalışıram. Başqa fərqlər də var. Mələsən, Kolumbiyada evdə ayaqqabı ilə gəzmək normal idisə, burada elə deyil. Evdə ayaqqabı ilə gəzmək mədəniyyətsizlik hesab olunur. Hətta qayınanamgilə gedəndə yoldaşım neçə dəfə dirsəyini vurub ki, ayaqqabını çıxartmağı unutdun, bir də geriyə qayıtmışam", - deyə o bildirib.
"Düşünürəm ki, burada maçizm daha üstündür, yəni Azərbaycanda kişilər qadınlarla müqayisədə daha çox üstünlüyə malikdirlər. Bunu sezmişəm. Sanki qadınları iş həyatında bəzən çox da ciddiyə almırlar. Amma Kolumbiyada vəziyyət nisbətən fərqlidir. Məsələn, bizdə kişilərin qab-qacaq yuması, ev işləri görməsi adidir. Burada isə sanki evin bütün yükü qadınların üzərinə düşür, qadınlar yatmaq bilmədən ev işləri görürlər. Hətta qaynanam bizdə olanda, yaxud da mən onlarda olanda qab yuyanda qaynanam qışqırır ki, Pərvin Mario qab yuyur, sən niyə ona kömək etmirsən", - deyə o əlavə edir.
Həmsöhbətimiz deyir ki, bəzən etikadan kənar suallar da eşidir: "Maşının var?”, "Evin var?”, "Bir şey, mir şey var?”, "Maaşın nə qədərdir?” və s. bu tip sualları çox eşidirəm. Düşünürəm ki, bu suallar etikadan kənardır".
Onu Azərbaycanda daha çox məmnun edən isə qayınanasının bişirdiyi xörəklərdir.
Ailənin bir üzvünün xristian, digər üzvünün isə müsəlman olması onlara hər iki dinin adən-ənənələrinə əməl etməyə, qeyd etməyə vadar edir. Bir evdə həm Milad, həm də Novruz bayramı qeyd olunur. Bu haqda evin xanımı bizə məlumat verir: "Marioya, ona və dininə hörmət əlaməti olaraq biz Milad bayramını qeyd edirik. O da bizim Novruz bayramımızı sevərək qeyd edir. Hətta bir dəfə şəkərbura naxışlamaqda da bizə kömək edirdi. Deməli, bir dəfə görürəm ki, neçə dəqiqədir Mario bir şəkərburanı naxışlayıb bitirə bilmir. Sora baxıb görürəm ki, o şəkərburanın hər iki üzünün naxışlayırmış. Bir üzü naxışlayanda digər üzün naxışı pozulduğu üçün o dəfələrlə o üz, bu üz naxışlamalı olubmuş".
Paylaş:
Müəllif : Redaktor
Tarix:2-02-2020, 17:30
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:2-02-2020, 17:30
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
20-12-2024, 10:16
Zaqatala sakinlərinin problemi nə vaxt HƏLL olunacaq? - Yararsız yollar, işləməyən avtobuslar...
19-12-2024, 14:24