reklam
Regionxeberlericom.az » Cəmiyyət » Azərbaycan vətəndaşlarına çağırış: - “Çin mallarından uzaq durun”

reklam

Azərbaycan vətəndaşlarına çağırış: - “Çin mallarından uzaq durun”


Dünyada koronavirus təşvişi davam edir. Çindən qaynaqlanan bu virus digər ölkələrə də yayılmağa başlayıb. Habelə ölkəmizdə rəsmi qurumlar tərəfindən ciddi təhlükəsizlik tədbirləri görülür.

Bununla belə, əhali arasında narahatlıq hökm sürür. Bu narahatlığı yaradan əsas amillərdən biri Azərbaycandan Çinə gediş-gəlişin sıx olmasıdır.

Digər tərəfdən internet üzərindən Çindən məhsul sifarişlərinin də sayı çoxdur. Bəs, onlayn sifariş yolu ilə ölkəyə gətirilən məhsullar virus yaya bilərmi? AYNA məsələyə tibb ekspertləri ilə aydınlıq gətirməyə çalışıb.

Həkim Adil Qeybulla hesab edir ki, sifariş olunan əşyaların virus yayması mümkündür: “Sənaye məhsullarının əksəriyyəti Çindən idxal olunduğu üçün bu virusun Azərbaycanda da yayılması mümkündür. Həm də Çinə gediş-gəliş kifayət qədər çoxdur. Bu da riskləri daha da artırır. Virus canlı orqazimdə daha yaxşı yaşadığı üçün, əsasən, insandan insana keçir. Bunları nəzərə alaraq ciddi şəkildə karantin tətbiq etmək lazımdır. Nəzarət güclənməlidir. Televiziyalarda mənasız şou verlişlərinin əvəzinə, əhalini belə viruslar barədə maarifləndirmək üçün verilişlər olmalıdır”.

“Daha çox onu deyim ki, bu virus hava damcı yolu ilə keçir və əşyaların üzərinə hopmuş halda uzun zaman yol gəlməsi və yaşaması az ehtimal olunur. Yəni bu yolla Azərbaycana gəlməsi istisna olmasa da, az ehtimal var. Hər ehtimala qarşı yenə də Çindən gələn mallara əl vuranda mütləq əllər sabunla yuyulmalıdır”, - deyə A. Qeybulla əlavə edib.

Həkim Rasif Bağırov da qeyd edib ki, qədim vaxtlarda hansısa xəstəlik yarandığı yerdən digər ərazilərə məhz ticarət vasitəsilə yayılırdı: “Nəzərə alsaq ki, koronavirus Avropa ölkələrində aşkar olunmağa başlayıb, deməli virus orqanizmdən kənarda daha uzun müddət yaşaya bilir. Bu da onu göstərir ki, Azərbaycanda virusun yayılması mümkündür. Hətta virusun Çində mutasiya formaları da yaranıb. Bu da o deməkdir ki, mutasiyaya uğramış koronavirusu öldürmək mümkün deyil. O, öz dövrünü başa vurmalıdır”.

“Koronavirus mədə-bağırsaq sistemini məhv edir. Orqanizmdə ən qorxulu yer böyrəklərdir. Böyrəklərdə xəstəlik başladısa, onu tam sağaltmaq olmur. Ya insanı öldürür, ya da uzun illər müalicə ilə xəstəliyin qarşısı alınır. Amma proses beyinə çıxanda artıq ölüm qaçılmaz olur. Ən çox da xroniki xəstəlikləri olan yaşlı insanlar koronavirusa dözməyib ölürlər. Koronavirus yeni deyil. İllər əvvəl də olub. Sadəcə hazırda kütləvi hal aldığı üçün insanlar düşünürlər ki, bu, yeni virusdur”, - Bağırov bildirib.

Həkim indiki məqamda Çindən onlayn, yaxud birbaşa formada alış-verişdən uzaq durmağı tövsiyə edir: “Bu arada Çin məhsullarını almaq məsləhət deyil. Onlayn məhsul sifarişi həyata keçirən internet resurslardan uzaq durmaq lazımdır. Çünki virusa yoluxan insan həm özünü, həm də ətrafdakıları böyük risk altına almış olacaq”.


Paylaş:


Müəllif : Tarix:
3-02-2020, 15:32
Sikayət   


loading...
Загрузка...