reklam
Regionxeberlericom.az » Cəmiyyət » Musa Qasımlının Masallıdakı görüşdə niyə nitqi tutuldu? –“BURDAN SƏNƏ SƏS YOXDUR”

reklam

Musa Qasımlının Masallıdakı görüşdə niyə nitqi tutuldu? –“BURDAN SƏNƏ SƏS YOXDUR”


72 saylı Yardımlı-Masallı Seçki Dairəsindən deputatlığa namizəd, indiyə qədər Milli Məsclisdə daha çox “lal deputat” kimi tanınan Musa Qasımlı dairə üzrə kəndləri gəzməyə başlayıb. Daha doğrusu, yerli İcra Hakimiyyəti orqanlarının təşkil etdiyi görüşlərə qatılıb, bir-iki ağız danışaraq sonrada yoluna davam edir.

Musa Qasımlı bu dəfə özünün bahalı “Prado”su ilə Masallının Güllütəpə kəndində “zəhmətkeç”lərlə görüşüb. 5-6 bələdiyyə işçisi, habelə bir-iki müəllim və bir o qədər də kasıb insanların arasında durub, onlara yağlı vəd verən Qasımlı gözləmədiyi hadisə ilə üzləşib. Belə ki, görüşə Yeni Zuvand kəndindən olan sakinlər də qatılıblar. Əslində isə onlar görüşdən sonradan xəbər tutub, sözlərini demək üçün “itkin deputat”larının yanına gediblər.

JAMAZ.İNFO xəbər verir ki, kəndlərin problemlərindən danışmağa başlayan sakinlərin sözlərini eşidən Qasımlının əvvəlcə üzü avazıyıb. Aradan çıxmağa çalışsa da, sakinlər bu imkanı ona verməyiblər. Və bütün problemləri əyani olaraq ona göstəriblər.

Yeni Zuvand sakinləri ölkə başçısının 6.8 milyon manat pul ayrıdığını, lakin buna baxmayaraq, onların kəndlərinə hələ də asfaltın çəkilmədiyini bildirsələr də, Qasımlının səsi çıxmayıb. Kəndə ən yaxınına qədər təbii qaz xəttinin çəkildiyini, lakin nə səbəbdənsə Zuvanda çəkilmədiyini deyəndə isə deputatlığa namizədin az qala nitqi tutulub. Bu azmış kimi, böyük bir kənd olan Zuvandın əhalisinin əkin üçün hələ də torpağının olmadığını eşidən keçmiş deputatın səsi belə çıxmayıb. Halbuki onun bu problemlərdən bir deputat olaraq çoxdan xəbəri olmalıydı və məsələni də Məclisdə qaldırmalıydı. Bunları etmədiyindən, üstəlik, gizlicə gəlib, 5-6 nəfərlə görüşüb aradan çıxmaq cəhdinin alınmaması onu pis vəziyyətə salıb.

Qısa müddətdə bir xeyli adamın toplaşmasından və onların şikayətlənməsindən sonra Musa Qasımlıya onu da deyiblər ki, zəhmət çəkib bu kəndlərdən səs gözləməsin. Elə üzünə deyiblər ki, seçkilərdə 7 parça kənddən ona səs olmayacaq və səs üçün başqa qapılara üz tutsa daha məsləhətdir.

Kənd sakinlərinin dediyinə görə, bu sözlərdən sonra Musa Qasımlı suyu süzülə-süzülə kəndi tərk edib. Buna qaçmaq demək daha doğru olardı.


Paylaş:


Müəllif : Tarix:
5-02-2020, 11:57
Sikayət   


loading...
Загрузка...