reklam
Regionxeberlericom.az » Cəmiyyət » "Qocalar evindəki yaşlılar həkim və dərmandan məhrumdur, nəfəs ala bilmirlər" - Azərbaycanlı kardioloqdan ÇAĞIRIŞ

reklam

"Qocalar evindəki yaşlılar həkim və dərmandan məhrumdur, nəfəs ala bilmirlər" - Azərbaycanlı kardioloqdan ÇAĞIRIŞ


“Mən bilirəm ki, Azərbaycanda belə vəziyyətdə ürəyi olan xəstə çoxdur, amma bunlar axı dövlətin evindədirlər. Necə kömək edək? Nə edək?”

regionxeberlericom.az Medicina.az-a istinadən xəbər verir ki, bunu tanınmış kardioloq Günay Rəhimova öz sosial şəbəkə hesabında yazıb.

O, qocalar evində məskunlaşan şəxslərin müayinəsini həyata keçirib. Müayinədən sonra onlardan bəzilərində ciddi ürək problemləri olduğunu bildirib. Kardioloq çağırış edərək qocalar evində həkimin olmamasından narahatlığını bildirib:

"Keçən həftə Binədəki qocalar evinə həkim heyəti getmişdi. Özüm gedə bilmədiyimdən bölümümüzdəki həkimlərdən birini göndərmişdim. Problemli görünən qocaları bu gün özüm baxmağım üçün gətizdirdim. Bayaqdan bəri yaşadığım üzüntünü sözlərə necə töküm deyə, düşünürəm. 4 qocada ciddi ürək çatışmazlığı var. Nəfəs ala bilmirlər. Birinin ürəyində hər iki qapağı çalışmır, dərdlərini normal deyə də bilmirlər, söz soruşursan, kövrəlirlər. Mən bilirəm ki, Azərbaycanda belə vəziyyətdə ürəyi olan xəstə çoxdur, amma bunlar axı dövlətin evindədirlər. Necə kömək edək? Nə edək?”

Kardioloq aidiyyatı qurumlardan kömək istəyərək onlara suallar ünvanlayıb:

“Mən xahiş edirəm aidiyyatı qurumlardan statusumu kim oxuyursa, mənə kömək etsin və bir neçə sualıma cavab versin:

1. Niyə orada həkim yoxdur? Tibbi vəziyyətlər, dərman vermək, qocalara yardım etmək üçün bir tibb bacısı var sadəcə.

2. Niyə orada dərman yoxdur? Dərmanları kim alıb verməlidi?

3. Niyə bu insanlar mütəmadi həkim qəbulunda olmurlar?

Mənim suallarıma “var, olurlar “ deyə cavab verməyin lütfən, çünki bilmədən yazmıram.

Mən dərmanlarını qısa zamanda alıb göndərəcəm. Ara-sıra müayinələrə gətirəcəm. Amma mənə bir sual maraqlıdı - bu insanlar axı yalan danışa bilməz....Düzdürmü?”

Paylaşıma şərh yazan həkimlərdən biri bildirib ki, dərmanlarının alıb göndəriləcəyini eşidən qocalar onlara yaxınlaşıb, yalvarışla dərmanları gətirəndə şəxsən onların özlərinə vermələrini xahiş ediblər.


Paylaş:


Müəllif : Tarix:
9-02-2020, 12:03
Sikayət   


loading...
Загрузка...