“Azəriqaz” abonentlərə xəbərdarlıq etdi - VIDEO
Bakı şəhərinin Qaradağ rayonu ərazisində dələduzlar peyda olub.
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən “Report”a verilən məlumata görə, bir neçə şəxs rayon ərazisində mənzillərin qapısını döyərək özlərini “Azəriqaz”ın əməkdaşları kimi təqdim edir və smart-kart tipli sayğacların kartlarının dəyişdirilməsi xidmətini təklif edirlər.
Məlumatda deyilir ki, onlar Nizami və Nərimanov rayonlarında hələlik bəlli olan 4 mənzildə olub və smart-kartların vaxtının bitdiyini deyərək vətəndaşlardan hər birindən 15 manat pul alıblar: “Daha sonra zərəçəkmiş abonentlər Birliyin yerli qurumlarına müraciət edərək başlarına gələnləri danışıblar”.
“Azəriqaz” qazdan istifadə edən abonentlərin nəzərinə çatdırır ki, smart-kart tipli sayğacların kartlarının istifadə müddəti yoxdur: “Zədələnmədiyi və itirilmədiyi halda daim istifadə oluna bilər. Əgər abonent kartını itiribsə və ya hansısa səbəbdən zədələnibsə, onda “ASAN Kommunal” mərkəzləri və Birliyin rayonlar üzrə xidmət sahələrinə müraciət etməklə kartın yenisini əldə etmək olar. Bunun üçün “ASAN Kommunal” mərkəzlərində bank vasitəsilə, xidmət sahələrində isə ödəniş terminalları ilə 10 manat rüsum ödəmək lazım gəlir”.
Qurum bir daha bəyan edir ki, “Azəriqaz”ın əməkdaşları abonentin yaşadığı ünvanda xidmətlərə görə hər hansı vəsait ala bilməz və belə səlahiyyət sahibi deyil: “Əgər bu kimi hallarla rastlaşarsınızsa, əvvəlcə həmin şəxsin xidməti vəsiqəsini tələb etməklə, daha sonra Birliyin 104/185 Çağrı mərkəzlərinə məlumat verə bilərsiniz”.
Paylaş:
Müəllif : Yazar
Tarix:10-02-2020, 17:33
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:10-02-2020, 17:33
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 11:49
4 milyona görə həbs edilən birjaçı tanış çıxdı - Alışanovun qardaşı oğlu, Elarizin kürəkəni…
Dünən, 17:08
Səmyar Abdullayev oğlunu Harvardda oxudur: Gözdən əlillərin pulları hesabına... - Başqa nə cür ola bilər ki?..
Dünən, 17:03
Polimer Materialları İnstitutunda “VEDİBASAR İNŞAAT” MMC ilə işbirliyini belə gizlətmək istədilər
Dünən, 16:57
Barəsində üç dəfə həbs qətimkan tədbiri seçilən şəxs icra başçısı olmaq istəyir – İDDİA/VİDEO
9-01-2025, 10:30
Yardımlı rayon icra hakimiyyətinin başçısı barədə rüşvət ittihamı - "Tikinti aparmaq üçün 3500 pul istəyirlər"
9-01-2025, 09:15
Lisenziyasız kosmetoloji fəalliyyət göstərən Aygün Abdullayeva…. Nə sertifikat kimsən sən?!!!!!-Araşdırma-Fotolar
9-01-2025, 08:54