reklam
Regionxeberlericom.az » Cəmiyyət » ""Onbaşı”lar camaata 5 manat paylayırdılar" - ETİRAZ

reklam

""Onbaşı”lar camaata 5 manat paylayırdılar" - ETİRAZ


41 saylı Sumqayıt birinci seçki dairəsindən deputatlığa namizəd Vasif İsmayıl seçkinin nəticələrini qəbul etmədiyini deyib.
regionxeberlericom.az Yeniavaz.com-a istinadən xəbər verir ki, Vasif İsmayıl hələ heç nəyin müəyyənləşmədiyini bildirib:
“MSK 33 məntəqədən sadəcə 11-nin nəticəsini açıqlaya bilir. Çünki əməlli-başlı biabırçılıqdır. Hətta açıqladıqları yerlərdə belə hakim komandanın namizədi verilən səslərin 30%-ni alıb. Bizdə o qədər güclü müşahidəçi ordusu var idi ki, çox aşkar böyük fərq yaradan nə isə edə bilmədilər. Camaatı sıxdılar, təhqir etdilər, ləyaqətini alçaltdılar. “Onbaşı”lar camaata 5 manat, maksimum 10 manat paylayırdılar. Yəni bütün məsələni belə qurmuşdular. 1 səs üçün 5 manat, 10 manat paylayırdılar. Hətta utanmadan bizim yanımızda, bizim müşahidəçilərimizin yanında da danışırdılar. Biz gözümüzlə gördük ki, neçə tanışımız bölgənin adamıdı. 5-10 adam seçki məntəqələrinin qabağında dururdu, bir-bir içəri göndərirdilər. Hətta onlar bunu sadəcə Sumqayıtda etmədilər. Bizdə hamısının şəkil və videoları var. Bütün bölgədə nə qədər məntəqə var hamısında elə oldu. Hətta 125 saylı Zəngilan, Qubadlının da məntəqəsinə soxdular. Mən bunları “votsap” qruplarında gördüm. Şəkillər, videolar artıq dolaşırdı. Mən də təsadüfən səhv salıb Zəngilən-Qubadlının məntəqəsinə getdim. Gördüm maşın orada hamını koordinasiya edir.
Həqiqətən deməyə söz tapmıram. Biz dava etmək niyyətində deyilik. Amma yerimizdə oturmaq niyyətində də deyilik. Biz sumqayıtlılar bu cür nəticə ilə razılaşmırıq. Siz də yaxında bunun müəyyən bəyanatlar vasitəsilə xəbərlərini eşidəcəksiniz. Çox ciddi şəkildə şikayətlər toplayırıq. Əlimizdə xeyli protokol, aktlar, video materiallar var. Bizim bu barədə təslim olmaq niyyətimiz yoxdur. Məsələ kimin seçilib-seçilməməsində deyil. Bu seçkinin nəticələrini biz qəbul etmirik. Qətiyyən qəbul etmirik”.
Vasif İsmayılın sözlərinə görə, ən gərgin səsvemə 41 saylı dairədə olub:
“Məntəqə sədrləri sayım zamanı kütləvi şəkildə yerlərdən qaçdılar. Məsələn 2 nəfəri polis apardı. Biri tualetə getdi və oradan qaçdı. Birini təcili yardım maşını ilə çıxardılar. Dairə seçki komissiyası olmasına baxmayaraq içəri polis və təcili yardım maşınları girdi.
Bu bölgədə iştirak edən digər namizəd xanımın tərəfdaları çox qəribə “karusel” həyata keçirdilər. Bu “karusel”in rahat həyata keçirilməsinə birinci hava şəraiti, ikinci isə mənə səs verəcək qrupu qorxutmaları oldu. Mənim tərəfdarlarım görüşümə gələ bilmirdi. Gələnlərdən bir neçə nəfər isə icra strukturuna çağırıldı. Mənə səs verəcək insanlar qorxuduldular. Müəyyən “Jek” işçiləri və müəllimlərdən də istifadə etdilər. “Onbaşı”lar vasitəsiylə “karusel” keçirdilər. Məsələn, biz bir qadının 5 dəfədən çox səs verməsinin şahidi olduq. Belə ki o, əlindəki boyaları siləndə səhvə yol vermişdi, boya dırnağının kənarında qalmışdı. Çox ciddi “karusel” işləri, toplu bülletenlər, sayımda xətalar oldu. Onların hamısının videosu da var. Elə yerlər var idi ki, müşahidəçilərimiz güclü oldu, qalib gəldik. Amma hansı məntəqədə ki, müşahidəçilərimiz mədəni davrandılar, təcübəsiz oldular orada mümkün olmadı. Bax belə camaatla lağ edən bir seçki oldu”.


Paylaş:


Müəllif : Tarix:
11-02-2020, 13:05
Sikayət   


loading...
Загрузка...