Yas məclisinin qadın aparıcıları dəyişdiriləcək - RƏSMİ
“Ağız ədəbiyyatı” deyilən anlayış var, bəziləri iddia edir ki, din xadimi cahil danışır və s. Bunun üçün öncə o adamın həqiqətən də rəsmi təyinatlı din xadimi olub-olmadığını öyrənmək lazımdır? Yas mərasimlərində bir çox hallarda bu vəzifəyə təyinatı olmayan insanlar iştirak edir”.
regionxeberlericom.az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı News24.az saytına müsahibəsində deyib.
O bildirib ki, hər əlində təsbeh tutub, başına əmmamə qoyan adama din xadimi kimi baxmaq lazım deyil: “Din xadimi o adamdır ki, Qafqaz Müsəlmanları İdarəsindən rəsmi təyinatı var. Rəsmi təyinatı olan imamın cahil çıxışlar etmək ehtimalı çox aşağıdır. Nadir hallarda beləsinə rast gələ bilərsiniz ki, o hansısa səhv eləsin. Yüksək təhsil almış imam heç vaxt yas mərasimlərində xurafat və cəhalətlə bağlı hansısa fikri səsləndirə bilməz. O, dini mükəmməl bilirsə, xurafatın və cəhalətin nə olduğunu bilməlidir. Bilməlidir ki, İslam cəhalətə və xurafata qarşıdır. İslam və “Qurani-Kərim” cəhaləti tamamilə inkar edir, biliyə, elmə böyük diqqət yetirir. İslam dinində alimin mürəkkəbi şəhid qanı ilə bərabər tutulur. Belə bir dinin nümayəndəsi, din xadimi necə cahil fikir söyləyə bilər?!”.
O qeyd edib ki, dini təhsili olmayan, heç bir rəsmi təyinatı olmayan şəxs yas mərasimində səhv edirsə, bunu digər din xadimlərinə də şamil etmək düzgün deyil: “Biz tövsiyə edirik ki, yas mərasimlərini rəsmi formada təyin olunan din xadimlərimiz idarə etsinlər.
Ümumiyyətlə, qanuna görə bütün dini mərasimləri yalnız rəsmi təyinatı olan şəxslər aparmalıdır. Biz ən çox tövsiyə edirik ki, vətəndaş hüzr mərasiminə dəvət etdiyi din xadiminə diqqət etsin. Əziz adamlarının məzarını ziyarət edərkən dini geyimli şəxs görürsünüzsə, bu həmin şəxsin yüksək dini təhsilli olmasına dəlalət eləmir. Belə şəxslər təsadüfən, azacıq dini bilir, məzar üzərində kiminsə xahişi, yaxud da umacağı xatirinə Qurandan bir ayə oxuyur. Amma bu adamın həmin ayəni düzgün şəkildə oxuyub-oxumadığına heç kim təminat verə bilməz. Elə bir dövrdə yaşayırıq ki, insanların nəyi isə öyrənməsinə çətinlik yoxdur. Əgər siz 30-40 il əvvəl nəsə öyrənmək istəyirdinizsə, mütləq kitabxanaya getməliydiniz. İndi siz vaxt sərf etmədən məlumat əldə edə bilərsiniz. Sosial şəbəkələr vasitəsilə müasir dini təhsili almış din xadimlərimizin xütbələrinə, moizələrinə diqqət yetirsəniz, onların savadını görə bilərsiniz”.
M.Qurbanlı yas mərasimlərində qadın məclislərini aparanlarla bağlı da danışıb: “ Bizim yas mərasimlərində qadınlar kişilərlə ayrı-ayrı toplaşırlar. Biz düşünürük ki, qadınların yas məclislərini aparanları daha bilgili din xadimləri ilə əvəz edək. Çalışmalıyıq ki, həmin qadın məclislərini də savadlı din xadimləri idarə etsin”.
Paylaş:
Müəllif : Yazar
Tarix:11-02-2020, 17:42
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:11-02-2020, 17:42
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
23-11-2024, 13:35
Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
23-11-2024, 13:25
NMR Səhiyyə naziri Samiq Sadıxov və TMİB-in icraçı direktoru Vüsal Məmmədov həkimləri yalan məlumat verməyə məcbur edir - İDDİA
23-11-2024, 13:24
Ramiz Mehdiyevin kürəkəni Azərbaycan məhkəməsini “dubinka”ya çevirib – sahibkar etiraz edir
22-11-2024, 16:08
Su şəbəkələrinə qoşulmanın asanlaşdırılması iqtisadi islahatların tərkib hissəsi kimi – Ekspert rəyi
22-11-2024, 15:39