![reklam](/templates/tema/images/saythazir.png)
Sürücülük vəsiqəsi almaq istəyənlərin nəzərinə! - İmtahanlarda ŞOK YENİLİK
![](https://www.regionxeberlericom.az/uploads/posts/2020-02/medium/1581490931_highway-car-driving-puentyv.jpg)
Nəzəri imtahandan keçdikdən sonra meydançada əyani imtahan verən şəxslərin bilik və bacarıqlarını bundan sonra imtahan götürən müəllimlər deyil, xüsusi texniki vasitələr qiymətləndirəcək.
regionxeberlericom.az bildirir ki, bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev Sumqayıt Regional Qeydiyyat-imtahan şöbəsinin təcrübi imtahanın qəbulundakı yeniliklərdən danışarkən məlumat verib.
O bildirib ki, Baş Dövlət Yol Polisi İdarəsinin Sumqayıt Regional Qeydiyyat-imtahan şöbəsinin təcrübi imtahanın qəbulu üçün xüsusi bağlı meydança yaradılıb:
“Meydançadakı avtomobillərdən sürücülük vəsiqəsi almaq üçün imtahandan keçmiş şəxslər istifadə edirlər. Meydançada əyani imtahan verən şəxslərin bilik və bacarıqlarını bundan sonra imtahan götürən müəllimlər deyil, xüsusi texniki vasitələr qiymətləndirəcək.
Meydançada quraşdırılan xüsusi detektor əyani imtahan verən şəxsin bilik və bacarığını avtomatik yoxlayacaq və qiymət verəcək. Yəni imtahanlar müasir texniki vasitələrin köməyilə qəbul olunur. Artıq təcrübi imtahanlar şöbənin əməkdaşları tərəfindən deyil, xüsusi texniki vasitələrin köməyi ilə qiymətləndiriləcək.
Bu prosesi və detektorun qiymətini imtahan verən sürücülüyə namizəd özü də xüsusi quraşdırılmış monitor vasitəsilə görəcək. Digər bir yenilik isə ondan ibarətdir ki, orada yaradılan şəraitə uyğun olaraq, eyni vaxtda bir neçə avtomobillə təcrübi imtahan vermək mümkündür. Yəni, eyni anda həm yük maşını, həm minik avtomobili, həm avtobus, həm də motosikletlə imtahan vermək mümkündür”.
Paylaş:
Müəllif : Yazar
Tarix:12-02-2020, 11:02
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:12-02-2020, 11:02
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
![reklam](/templates/tema/images/reklam300.png)
Xəbər lenti
Bu gün, 12:22
Bu gün, 08:59
Dünən, 14:01
Dünən, 13:55
Dünən, 11:17
Dünən, 09:04
Dünən, 09:02
![](https://www.regionxeberlericom.az/uploads/posts/2025-02/1739424267_1.jpg)
Adı olub, yeri bəlli olmayan “Agro Best” QSC Dövlət Agentliyindən yenə 62 milyonluq tender uddu
![](https://www.regionxeberlericom.az/uploads/posts/2025-02/1739417564_1.jpg)
Su Ehtiyatları Agentliyi qaynayır: şübhəli tenderlər və ya fərqli maaş tətbiqi... - İLGİNC FAKTLAR
![](https://www.regionxeberlericom.az/uploads/posts/2025-02/thumbs/1739354429_mg_20250206_233932-1210x642.jpg)
Ağsu rayonunda yas mərasimləri zamanı ehsan süfrəsi artıq bir-neçə ildir ki, ləğv olunub
![](https://www.regionxeberlericom.az/uploads/posts/2025-02/thumbs/1739353951_4619a574-b55a-3eb9-9cf4-2bc31e9c7892_850.jpg)
Adı olub, yeri bəlli olmayan “Agro Best” QSC Dövlət Agentliyindən yenə 62 milyonluq tender uddu - İLGİNC FAKTLAR...
![](https://www.regionxeberlericom.az/uploads/posts/2025-02/1739336344_1.jpg)
Ədalət Muradov üçün kritik dövr - Rektor Dərbənd filialının məzunlarına diplom verə biləcəkmi?
![](https://www.regionxeberlericom.az/uploads/posts/2025-02/1739336120_1.jpg)
“Kontakt Home”la “İrşad Electronics” qazilərə və şəhid ailələrinə NİYƏ KREDİT VERMİR? - NARAZILIQ VAR...
![](https://www.regionxeberlericom.az/uploads/posts/2025-02/1739291913_1.jpg)