reklam
Regionxeberlericom.az » Cəmiyyət » Ölənlərin sayı iki mini keçdi

reklam

Ölənlərin sayı iki mini keçdi


Çində yeni növ koronavirus qurbanlarının sayı 2004 nəfərə çatıb, 14,3 mindən çox insan müalicə yolu ilə bu virusdan xilas olub, pnevmoniyanın başlamasından bəri yoluxmuş insanların sayı 74,1 mini keçib.

Məlumatı ÇXR-in Gigiyena və Səhiyyə məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb. Komitə ötən gün 72,4 mindən çox yoluxma halı, 1868 nəfərin ölümü və 12,5 mindən çox xəstənin sağalması barədə məlumat yaymışdı. Yeni məlumatlara görə, ölkədə koronavirusdan rəsmi ölüm səviyyəsi 2,57%-dən 2,7%-ə yüksəlib.

Ən son rəsmi məlumatlara görə, yoluxmuş insanlarla yaxın təmasda olan 135,8 mindən çox sakin ölkədə həkimlərin nəzarəti altındadır. Eyni zamanda, ölkədə virusa yoluxma şübhəsi ilə 5,2 mindən çox insan nəzarətə götürülüb.


Paylaş:


Müəllif : Tarix:
19-02-2020, 08:36
Sikayət   


loading...
Загрузка...