reklam
Regionxeberlericom.az » Cəmiyyət » İTV-dəki dini zarafat qalmaqala səbəb oldu

reklam

İTV-dəki dini zarafat qalmaqala səbəb oldu


İTV-də yayımlanan “Fatehin divanı” proqramında “Youtube”da yayımlanan “Zarafat +” verilişinin heyəti qonaq olub.

Axşam.az xəbər verir ki, onlar veriliş zamanı aparıcı DJ Fatehlə Hz.Adəm və Həvva haqda zarafat ediblər. Həmin görüntülər sosial şəbəkədə paylaşılıb. İstifadəçilər aparıcını tənqid atəşinə tutublar.

Daha sonra həmin görüntülər İTV-nin rəsmi “Facebook” hesabından silinib, aparıcı isə üzr istəyib:

“Dostlar! Etiraf edirəm, “Fatehin divanı” verilişində söylədiyim bir ehtiyatsız ifadə inanclı izləyicilərim və mömin tamaşaçılarımız tərəfindən çox həssas qarşılanıb. Onların hisslərinə toxunmaq niyyətim olmasa da, bunu etmiş olmuşam. Özüm azmış kimi, verilişimin qonaqlarını da o uğursuz epizodun bir hissəsinə çevirmişəm. Amma təşəbbüsü özüm irəli sürdüyüm üçün məsuliyyəti də üzərimə götürsəm düzgündür. Bir daha qeyd edirəm ki, sözü gedən epizodun niyyəti məkrli olmayıb. Çox üzülürəm ki, belə alınıb. Bu uğursuz epizoda görə hisslərinə toxunduğum hər kəsdən üzr istəyirəm”.




Paylaş:


Müəllif : Tarix:
19-02-2020, 11:52
Sikayət   


loading...
Загрузка...