"Mənə xəyanət etməz, çünki ay parçasıdır" - sevdiyi qadını əvvəl bıçaqlayıb, sonra isə qucaqlayıb
Ailə həyatı qurmaq istədiyi qadını bıçaqlayan şəxs hakim qarşısına çıxarılıb. Onların tanışlığı və münasibəti cəmi 2 ay çəkib.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda ittiham edilən Cavanşir Kərimovun cinayət işi üzrə məhkəmə iclası keçirilib. Hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs ifadə verib.
Əvvəlcə Cavanşir Kərimov ona qarşı irəli sürülmüş ittihama etiraz edib. Deyib ki, Cinayət Məcəlləsinin 126.2.4-cü (xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirləndirilməsi əsassızdır.
"Mən xuliqanlıq niyyəti ilə eləməmişəm. Səbəb olub ki, vurmuşam. Mənə 126.1-ci maddə ilə- qəsdən sağlamlığa ağır zərər vurma ilə ittiham verilməli idi" - deyən Cavanşir Kərimova hakim cavab verib ki, məhkəmə istintaqında onun əməlinə ədalətli şəkildə qiymət veriləcək.
Məhkəmə prosesinin davamında dövlət ittihamçısı ittiham aktını elan edib. İttihamda yazılır ki, Cavanşir Kərimov bir müddətdir yaxın münasibətdə olduğu Günay Məmmədovanı qısqanclıq zəminində bıçaqlayıb. Hadisənin baş verməsinə səbəb Günay Məmmədovanın Cavanşir Kərimovla danışdıqdan sonra mobil telefonunu söndürməsi olub.
Elan olunmuş ittihamla Cavanşir Kərimov özünü qismən təqsirli bilib. Məhkəmə ona sərbəst ifadə verməyi təklif edib. Cavanşir Kərimov ifadəsinin əvvəlində peşman olduğunu dilə gətirib.
Günay Məmdova ilə tanışlığından danışan Cavanşir Kərimov bildirib ki, onunla qohumdur: "Mən həyat yoldaşımdan ayrılmışam. Keçmiş həyat yoldaşım şizofren idi və buna görə də boşandıq. Günay xanım bizim gəlinimizin qohumudur. Onunla 2 ay idi, tanış olmuşduq. Ona qarşı fikrim ciddi idi. Mən onu çox sevirdim. Sadəcə son zamanlar aramızda anlaşılmazlıq oldu".
Hakim Cavanşir Kərimovdan Günay Məmmədovanı bıçaqlamasının səbəbini soruşub. Kərimov deyib ki, Günay "watsapp"da çox vaxt keçirirmiş və buna görə də hirslənib: "Mən ona irad bildirdim. Sonra mənim nömrəni qara siyahıya atdı. Zəng edib ondan səbəbini soruşdum. Sonra da telefonu söndürdü. Özümdə olmadım, hirsləndim".
Məlum olub ki, Cavanşir Kərimov istintaqdakı ifadəsində Günay Məmmədovanı ona xəyanət etdiyi üçün vurduğunu deyib. Amma məhkəmədə bunu inkar edib.
"Yox, nə xəyanət? Günay xanım ay parçasıdır, çox gözəl insandır. O, heç vaxt xəyanət etməz" - deyə Cavanşir Kərimov qeyd edib.
Sonuncu dəfə Günay Məmmədova ilə görüşə gedən Cavanşir Kərimovun cibində bıçaq olub. Hakim Kərimovdan cibində bıçaq gəzdirməsinin səbəbini soruşub.
Kərimovun cavabı maraqlı olub: "Bıçağı cibimdə gəzdirirdim ki, heyvan kəsərik, kabab edərik. Bir neçə dəfə heyvan kəsib bişirmirşik".
Məhkəmə iclasında zərərçəkmiş Günay Məmmədova da ifadə verib.
Hadisə günü və ondan əvvəl baş verənləri danışan Günay Məmmədova bunları deyib: "Cavaşirlə bir müddət olar idi ki, danışırdıq. Mən ona heç bir ümid verməmişəm. Sadəcə tanışlıq idi. Bir neçə dəfə boş-boş danışdığını görüb nömrəsini "bloka" atdım. Sonra zəng edib əlçəkmirdi deyə telefonu söndürdüm. Mənə axırıncı dəfə zəng edəndə dedi ki, aldığı qızılı ona baha satıblar. Hadisədən bir müddət əvvəl mənə qızıl almışdı. Dedi ki, qızılın qiyməti 700 manatdır, amma ona 900 manata satıblar. Qızılı qaytaracağını dedi və mən də razılaşdım. Zəng edib görüş yeri təyin etdi. Mən ora gedib bir neçə dəqiqə gözlədim. Yanıma gələndən sonra mənimlə mübahisə eləməyə başladı. Yenə eyni mövzuda danışırdı. Cibindən bıçaq çıxaranda mən qaçmaq istədim. Yaxınlıqdakı binanın həyətində məni vurdu. Qışqırmağa başlayanda iki nəfər oğlan gəldi. Cavanşirə dedilər ki, məni buraxsın, yoxsa polis çağıracaqlar. Bu da söyüş söyüb məni vururdu. Oğlanlara deyirdi ki, guya ona xəyanət eləmişəm. Məni buraxmaq istəmirdi, amma vəziyyət elə oldu ki, mən oradan qaça bildim. Yaxınlıqdakı kafeyə tərəf qaçdım. Ora girəndə gördüm ki, bu da mənim arxamca gəlir. Məni yüksək səslə söyürdü".
Hakim zərərçəkmişə sual verib ki, Cavanşir Kərimov ona daha hansı xəsarətləri yetirib? Günay Məmmədova deyib ki, Cavanşir Kərimov onu bıçaqla vurduqdan sonra baş nahiyyəsinə yumruq zərbələri endirib.
Cavanşir Kərimov isə bunu təsdiq etməyib. Deyib ki, Günay Məmmədovanı bıçaqlayan kimi peşman olub və onu qucaqlayıb. Məhkəmədə məlum olub ki, Günay Məmmədova şikayətçi deyil.
O, istintaq dövründə Cavanşir Kərimovu bağışladığını deyib: "Qohumdu və buna görə də barışıq ərizəsi yazmışam. Amma mənə çox əzab verdi, sarsıntı yaşatdı".
Məhkəmə araşdırması davam etdirilir.
Paylaş:
Müəllif : Yazar
Tarix:21-02-2020, 17:05
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:21-02-2020, 17:05
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
20-12-2024, 10:16