reklam
Regionxeberlericom.az » Cəmiyyət » Bürclər- 22 fevral

reklam

Bürclər- 22 fevral

Qoç - baş verən hadisələr ciddi diqqət və ehtiyat tələb edir. Zəifləyən nə varsa, tam xarab ola bilər. Münasibətlərdə böhran yaranması, gərək olduğu addımın atılmasının mümkünsüzlüyü hissinin yaranması istisna deyil. Deymos və İonun münasibətləri hadisələrin ritmini dəyişir. Sizə qalan o ritmə uyğunlaşmaqdır. Böyük ümidlər bəslədiyiniz planları daha yaxşı vaxtadək təxirə salın.

Buğa - dəyərləndirmə, reaksiya və tələblərlə tələsməyin. Dəyişən məqamlarda yenilikləri anlayaraq dəyərləndirə bilərsiniz. Hadisələrin ritm və mənasının dəyişməsindən yararlanaraq faydalanmağa çalışın. Əgər nə isə hazır deyilsə və bu məsələni çözmək mümkün deyilsə, başqa işlə məşğul olmağa başlayın.

Əkizlər - bütün bunlar münaqişələrə səbəb ola bilər. Yaxşı tanıdığınız, bələd olduğunuz insanlarla təmaslarla kifayətlənin. Yad təsir altına düşməyin. Maliyyə problemlərini tələsik həll etməyə çalışmaq, bədxərclik etmək arzuolunmazdır. Bu gün əsla kredit və ya borc götürməyin. Nüfuzunuzu qoruyun.

Xərçəng - maliyyə işlərinizdə qayda yaradın. Sənədləşdirmələr və hüquqi məsələlərin həlli üçün uğurlu gündür. Yaxın ətrafınızdakı insanlarla münasibətlərin pisləşməməsi üçün danışmaqdan daha çox dinləyin. Diqqətli olun, faydalı məlumatı qaçırmayın. Şəxsi münasibətlərdəki problemi həll edin.

Şir - əhvalınız dəyişkən olacaq. Xırda məsələlər və detallara görə qayğılanmayın. Eyni zamanda, heç bir səbəb olmadan eyforiyaya qapılmayın. Müsbət təmayüllərin təsiri güclü olacaq və bu səbəbdən də günün ikinci yarısından etibarən proseslər sizə sərfəli məcrada cərəyan edəcək.

Qız - bu günü fayda ilə keçirməyə çalışın. Adi günlərlə müqayisədə bu gün tənbəl, süst, ətalətli olmayın. Astagəl davranışlarınız əhvalınızı korlayar, sizi hövsələsiz və qıcıqlı edə bilər. Pullarla maksimal dərəcədə qənaətli davranın, lazımsız əşyalar almayın. Riskli anlaşmalarla razılaşmayın, vədlər verməyin. Məxaric əvəzinə mədaxili düşünün.

Tərəzi - asan və sadə gün deyil. Yaxın ətrafınızdakı insanlarla münasibətlərdə çətinliklərin yaranmaması üçün ifrat dərəcədə tələbkar, dəyərləndirmələrinizdə sərt olmayın. Ehtiyac duyulmayan vaxtda və yerdə fikrinizi söyləməyin, mövqeyinizi tam açıq bildirməyin. 

Əqrəb - yalnız bir məsələ ilə məşğul olun. O, əsaslı, bitkin və perspektivli olmalıdır. Orqanizmin enerji tonusunun bərpasına fikir verin. Yeni təəssüratlar, şəraitin dəyişməsinə, yeniliyə ehtiyac duyulur.

Oxatan - asan gün deyil. Mühüm məlumat və çox dəyərli təcrübə əldə edə bilərsiniz. Vaxtınızı ikinci dərəcəli işlərə sərf edərək də keçirə bilərsiniz. Çox yəqin ki, belə vaxt "qətli" xoşunuza gəlsin. Lakin belədə əvvəllər başladığınız işləri başa çatdırmaq, planlarınızı reallaşdırmaq şanslarını itirəcəksiniz.

Oğlaq - Gün ərzində enerjili, aktiv olun. İşdə və şəxsi münasibətlərdə təşəbbüslə çıxış edin. Ümumi maraqlara əsaslanan tanışlıqlar perspektivli ola bilər.

Dolça - ekstravaqantlıq etməyin, qeyri-adi saydığınız əşyalara və ənənəvi olmayan əyləncələrə pul xərcləməyin. Şəxsi münasibətlərdə soyuqqanlı və ayıq olun. Rəğbətə əsla layiq olmayan insanları özünüzə çox yaxın etməyin. Tədbirlərdə çıxış etməyə can atmayın. Daha çox dinləyin, müşahidə edin.

Balıqlar - ön planda olmağa çalışmayın. Arxa planda durun, günün hadisələrindən, habelə əldə etdiyiniz nəticələrdən çox adamın xəbərdar olması maraqlarınıza ziddir. İdeyalarınızı da açıqlamayın. Əks təqdirdə onları sizə qarşı kimsə reallaşdıra bilər.


Paylaş:


Müəllif : Tarix:
22-02-2020, 00:04
Sikayət   


loading...
Загрузка...