DTX-nın tutduğu YAP-ın namizədi cəmi 351 səs alıb

Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) xüsusi əməliyyatı nəticəsində saxlanılan Neftçala Rayon İcra Hakimiyyəti başçısının müavini Gültəkin Sadıqova fevralın 9-da keçirilən növbədənkənar parlament seçkilərində partiyadaşlarının belə səsini ala bilməyib.
Yenisabah.az xatırladır ki, Gültəkin Sadıqova seçkilərdə 61 saylı Neftçala seçki dairəsindən hakim Yeni Azərbaycan Partiyasının (YAP) namizədi olub.
Mərkəzi Seçki Komissiyasının (MSK) elan etdiyi nəticələrə görə Gültəkin Sadıqov seçkilərdə 351 səs toplayıb. YAP-ın rəsmi internet səhifəsində partiyanın Neftçala rayon təşkilatının 4534 üzvü olduğu qeyd olunub.
Gültəkin Sadıqovanın qazandığı səs onların Neftçala rayon YAP-çılarının 1/12-ni təşkil edir. Neftçala YAP-çılarının ona hansı səbəbdən səs vermədiyi bəlli deyil.
MSK Gültəkin Sadıqovanın namizəd olduğu dairədə 21.4 faiz səslə Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlını qalib elan edib.
Paylaş:
Müəllif : Yazar
Tarix:22-02-2020, 12:46
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:22-02-2020, 12:46
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Dünən, 10:45
Dünən, 09:49
19-02-2025, 14:47
19-02-2025, 10:04
19-02-2025, 10:03

Əlillik dərəcəsi almaq üçün evini satıb, 16 100 manat rüşvət verdi, amma... - DAŞKƏSƏN SAKİNİ DƏLƏDUZLUQLA ÜZLƏŞDİYİNİ DEYİR

Yardımlıda "yaşıl soyqırım" - Yaşıllığı məhv edərək yerində istirahət mərkəzi tikmək nəzərdə tutulmuşdur

Rəcəb Babaşovun oğluna “77-RR-777″nömrəli “Range Rover” doğum günü hədiyyəsi…-Video

Anar Quliyev dilemma qarşısında... - Ya Prezidentin etimadı, ya da qanunsuz tikintilərə davam...