Azərbaycanda tibbi maska qıtlığı yarandı
Azərbaycanda qoruyucu məqsədli tibbi maskalar qıtlığı yaşanır.
Koronavirusun İranda yayılmasından və insan tələfatı ilə nəticələnməsi fonunda Azərbaycanda tibbi maskaların çatışmazlığı problemi yaranıb.
RegionXəbərləri.com xəbər verir ki, Bizimyol.info-nun əməkdaşı bu halla qarşılaşıb. Şəhərin mərkəzində fəaliyyət göstərən bir neçə aptekə baş çəkən jurnalistə əczaçılar "maksa yoxdur" deyiblər. Yalnız bir aptekdə tibbi maska tapmaq mümkün olub. O da məlum olub ki, 10 qəpiklik maskaların qiyməti isə 30 qəpik olub.
Əczaçılar maska qıtlığı ilə bağlı onlara ünvanlanan suallara cavab verməkdə çətinlik çəkiblər.
Tibbi maskaların qıtlığı və süni qiymət artımının qarşısını alınması ilə bağlı Səhiyyə Nazirliyinə ünvanlanan informasiya sorğusunda verilən cavabda bildirilib ki, aptek sahəsi özəl sahədir.
Xatırladaq ki, bir neçə gün öncə Baş Nazir Əli Əsədov bəzi tibbi ləvazimat və preparatların ölkə ərazisindən çıxarılmasının müvəqqəti olaraq məhdudlaşdırılmasına dair tədbirlər haqqında qərar imzalayıb. Qərarda qeyd edilir ki, əsasən yeni koronavirus (Covid-2019) xəstəliyinin dünyada geniş yayılması ilə əlaqədar olaraq ölkə ərazisindən müxtəlif yollarla bəzi tibbi ləvazimat və preparatların (steril əlcək, baxil, qoruyucu kombinezon, tibbi maska və eynəklər, dezinfeksiyaedici maddə və avadanlıqlar, xüsusi geyimlər və zəruri olan digər tibbi ləvazimat və preparatlar) kütləvi şəkildə aparılması halları aşkar edilib.
Paylaş:
Müəllif : Redaktor
Tarix:24-02-2020, 13:40
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:24-02-2020, 13:40
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 08:26
MSK 25 manatlıq yanğınsöndürən balonlar üçün 44 min manat sərf edəcəkdi-Tender ləğv olundu
Dünən, 08:31
Paytaxtda milyonluq layihə sahibi olan "Grand Palace" səkini yola çevirib - Sahibkar icra hakimiyyəti ilə razılaşıb? - VİDEO
29-10-2024, 15:08