reklam
Regionxeberlericom.az » Cəmiyyət » Bürclər- 25 fevral

reklam

Bürclər- 25 fevral


Qoç - emosional baxımdan kasad gün olsa da, iş qabiliyyəti və ambisiyalar güclənir. İş sistemli yanaşma tələb edir. Maliyyə məsələlərinin həlli, yeni əməkdaşlıq formalarının axtarışı, fəaliyyətin optimallaşdırılması üçün əlverişli vaxtdır. Məqsədlərinizi konkretləşdirin, hədəflərə çatmaq üçün aktivləşin.

Buğa - kollektiv qərarlar məqsədə doğru hərəkəti sürətləndirə bilər və bunun üçün ambisiyalarınızdan keçməyin. Bütün təsir rıçaqlarına malik deyilsinizsə, proseslərə nəzarət etməyə çalışmayın.
Şəxsi münasibətlərdə təşəbbüskar olun, yeni yollar arayın. Sevdiyiniz insan sizdən xoş sözlər gözləyir.

Əkizlər - yeni məlumatlarla informasiyalar həyatınızdakı bəzi dəyərlərlə bağlı düşünməyə vadar edəcək. Yeni planların reallaşdırılması üçün daha çox məkan və vaxta ehtiyacınız var. Planlarınız geniş miqyaslıdır, yeni imkanlar vəd edir.

Xərçəng - bir qədər tək qalın, strateji məqsədləri düşünün, işin məqsədi və münasibətlərin mənalarını təhlil edin. Gün ünsiyyət, qəfil görüş və həllər vəd edir. Əgər hansısa söhbətə ehtiyac duyursunuzsa, əlverişli mühit yaradın.
Köhnə problemlərin qəfil, gözlənilməz, orijinal həll yolları peyda ola bilər.

Şir - qarşılıqlı mənfəət vəd edən yeni əməkdaşlığa başlamaq vaxtıdır. Lakin ehtiyatlı olun, çünki enerjiniz ikinci dərəcəli məsələlərin həllinə yönələ bilər.  Həmin məsələlər emosional baxımdan cazibədar olsa da, yetərli potensiala malik deyil.

Qız -yeni planlar və istəklər var. Lakin sizi nə isə geri çəkir, həyata keçməyən və reallaşmayan arzularla ümidləri yada salır. Pərişan edən informasiya ala bilərsiniz. Harayasa getmək, problemləri həll etmək, çətin vəziyyətdən çıxış yolu aramaq ehtiyacı yaranıb.

Tərəzi - maneələrlə sədləri aradan qaldıraraq yaxın ətrafınızdakı insanlara başa salın ki, sizə mane olmasınlar. Mühüm informasiyanın alınması mümkündür. Faydalı ideyalar istisna deyil.
İşgüzar əməkdaşlıqda yeniliklər, problemlərin uğurlu həlli, suallara tam cavabların alınması mümkündür. Şərait perspektivlərin müzakirə ediləcəyi toplantı üçün müvafiqdir.

Əqrəb -  problemlər çətinləşir, situasiya isə inkişaf və transformasiya istəyir. Ambisiyalarınız arta bilər. Vurnuxmaya çox fikir verməyin. Yalnız perspektivdə gərəyiniz ola biləcək informasiyaya fikir verin.

Oxatan - mənasız hay-küy, aktivlik az olmaycaq. Lakin məlumatları və gələn informasiyaları süzgəcdən keçirməklə onların arasında dəyərli nə isə aşkarlaya bilərsiniz. Həyatınızı çətinləşdirən məqamlarınızdan bəhrələnməyə çalışın.
Axşam saatlarında rahatlıqla dincəlin.

Oğlaq - diqqəti bir mövzuda, bir işdə cəmləşdirin. Günün ikinci yarısı işgüzar görüşlər və danışıqlar üçün faydalıdır.
Rəhbərlik və ya tərəfdaşla yeni ideyanı müzakirə etmək, köhnə planlarla ideyaları nəzərdən keçirmək olar. Sizdən asılı olmayan səbəblərdən yarımçıq qalan işləri və ya layihəni başa vurmağa çalışın.

Dolça - mövcud şərtlər sizi qıcıqlandıracaq. Rəqiblərin əməllərinə fikir verməyin, tərəfdaş və ya həmkarlarla fəaliyyətinizin nizamlanmasına çalışın. Şəxsi münasibətləri qulaqardına vurmayın, işi yaşam absolyutuna çevirməyin.
Bununla belə, fəaliyyətinizin mənfəətinin azalmasına rəvac verə biləcək addımlar atmayın.

Balıqlar -  tələsməyin, işlərin hamısını eyni vaxtda görməyə çalışmayın. Bir qədər fasilə edin.
İşdə münasibətlərin gərginləşməsi, düşünülməmiş qiymətləndirmələr, ifrat məsuliyyət mümkündür.
Emosiya və qüvvənizi çətin işin həllinə yönəldin. Məlumat axtarın və araşdırın, maraqlarınızın əhatə etdiyi müstəvi və məkanı təhlil edin.


Paylaş:


Müəllif : Tarix:
25-02-2020, 00:03
Sikayət   


loading...
Загрузка...