“Azərişıq”da daha bir yenilik

Kadr seçimində şəffaflığı qorumaq, innovativ və texnoloji metodlardan istifadə edərək daha peşəkar kadrların işə cəlb olunmasını təmin etmək məqsədi ilə “Azərişıq” ASC-də interaktiv müsahibələr davam edir.
Regionlar üzrə Səhmdar Cəmiyyətə işə qəbul üçün müraciətlərin elektronlaşdırılması və rəqəmsal texnologiyalar üzərindən təşkil edilməsinin məntiqi davamı olaraq müsahibələr həftədə bir dəfə teleprezent sistemi ilə keçirilir. Həyata keçirilən bu yenilik birbaşa olaraq kadr siyasətində şəffaflıq və əlçatanlığın təmin edilməsinə xidmət edir. Azərbaycanın istənilən bölgəsində iş üçün müraciət edən gənclər paytaxta gəlmədən, yaşadıqları şəhər və rayonlarda yerləşən Avtomatik İdarəetmə Mərkəzlərində birbaşa bağlantı ilə mərkəzə qoşulur, müsahibədə iştirak edirlər. Bununla da onlar yaşadıqları ərazini tərk etmir, zaman itkisinə yol vermədən və yol üçün əlavə xərc çəkmədən müsahibəyə qatılırlar.
Qeyd edək ki, ötən ildən başlayaraq “Azərişıq” ASC-də işlə təmin olunmaq üçün müraciət elektron qaydada aparılır. İşə Qəbul Komissiyası tərəfindən mütəmadi təşkil edilən müsahibələrdə və Tədris Mərkəzi kurslarında müvəffəqiyyət qazanan namizədlər ASC-nin Kadr Ehtiyat Bankına daxil edilir, elektron növbə sistemi ilə işlə təmin edilirlər.Hazırda “Azərişıq” ASC-nin Bakı və regionlarda Avtomatik İdarəetmə Mərkəzləri ilə yanaşı Tədris Mərkəzləri də fəaliyyət göstərir.
Paylaş:
Müəllif : Redaktor
Tarix:27-02-2020, 11:52
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:27-02-2020, 11:52
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 13:07
20-02-2025, 14:36
20-02-2025, 10:45

Vətəndaş asfalt yolun ortasına düzülən beton maneələrin düzgün yerləşdirilmədiyni deyir - VİDEO

Vüqar Sədibəyli Abşeronun “göbəyində” qanuna meydan oxuyur: Yüzlərlə ailə ayağa qalxdı…