Rayonu işdən çıxan icra başçısı idarə edir - İDDİA
Hakim Yeni Azərbaycan Partiyasının (YAP) Xaçmaz rayon təşkilatının sədri Şəmsəddin Xanbabayev 4 ay əvvəl icra başçısı vəzifəsiylə vidalaşsa da, yenə rayonun idarə olunmasında əsas söz sahiblərindən biridir.
Bu barədə Xaçmazda fəaliyyət göstərən idarə müdirlərindən biri məlumat verib. Mənbə deyib ki, Xaçmazın yeni başçısı Elnur Rzayev sələfinin razılığı olmadan heç bir təyinat gerçəkləşdirə bilmir. Bəzi idarə və müəssisə rəhbərlərinin indiki deyil, sabiq icra başçısına hesabat verdiyi bildirilir.
Qeyd edək ki, Şəmsəddin Xanbabayev 15 il Xaçmaz rayon icra hakimiyyətinin başçısı vəzifəsində çalışıb. Prezident İlham Əliyevin sərəncamı ilə ötən il oktyabr ayının 31-də tutduğu vəzifədən azad edilib. Onu 39 yaşlı Elnur Rzayev əvəzləyib. Maraqlısı isə odur ki, Xanbabayev işdən azad olunduqdan sonra Bakıya qayıtmaq barədə düşünməyib. O, YAP-ın Xaçmaz rayon təşkilatının sükanı arxasına keçərək, rayonun idarə olunmasında mövqeyini qoruya bilib.
Şəmsəddin Xanbabayevin Xaçmazda əsas söz sahibi olduğunu təsdiqləyən digər faktlar da mövcuddur. 55 saylı Xaçmaz şəhər seçki dairəsindən deputatlığa namizəd olmuş əməkdar jurnalist Azər Həsrət sabiq başçını seçki prosesinə müdaxilə etməkdə günahlandırıb. Azər Həsrət deyib ki, Şəmsəddin Xanbabayevin göstərişi ilə büdcə təşkilatlarının əməkdaşları konkret namizədin xeyrinə təbliğat aparıblar.
Qeyd edək ki, 81 yaşlı YAP sədrinin icra başçısı Elnur Rzayevə münasibətdə subordinasiya qaydalarına əməl etməməsiylə bağlı xəbər onun vəzifəsini itirdiyi ilk gündən meydana çıxıb. Xanbabayev icra hakimiyyətinin qonaq evini tərk etmədiyi üçün onun yerinə təyinat alan Elnur Rzayev bir neçə gün rayonun mərkəzində yerləşən "Elit" otelində gecələməli olmuşdu.
Paylaş:
Müəllif : Redaktor
Tarix:27-02-2020, 17:16
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:27-02-2020, 17:16
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:49
4 milyona görə həbs edilən birjaçı tanış çıxdı - Alışanovun qardaşı oğlu, Elarizin kürəkəni…
10-01-2025, 17:08
Səmyar Abdullayev oğlunu Harvardda oxudur: Gözdən əlillərin pulları hesabına... - Başqa nə cür ola bilər ki?..
10-01-2025, 17:03
Polimer Materialları İnstitutunda “VEDİBASAR İNŞAAT” MMC ilə işbirliyini belə gizlətmək istədilər
10-01-2025, 16:57
Barəsində üç dəfə həbs qətimkan tədbiri seçilən şəxs icra başçısı olmaq istəyir – İDDİA/VİDEO
9-01-2025, 10:30
Yardımlı rayon icra hakimiyyətinin başçısı barədə rüşvət ittihamı - "Tikinti aparmaq üçün 3500 pul istəyirlər"
9-01-2025, 09:15
Lisenziyasız kosmetoloji fəalliyyət göstərən Aygün Abdullayeva…. Nə sertifikat kimsən sən?!!!!!-Araşdırma-Fotolar
9-01-2025, 08:54