Siqaret satanlara tətbiq edilən cərimələrin məbləği...
Qadağan edilmiş yerlərdə tütün çəkənlərə, tütün məmulatları tullantılarını ətraf mühitə atanlara və tütün məmulatlarını yetkinlik yaşına çatmayanlara satanlara tətbiq edilən cərimələrin məbləği müəyyən olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, 2018-2019-cu illər ərzində respublikanın şəhər, rayon polis orqanları tərəfindən keçirilən tədbirlər nəticəsində "Tütün məmulatlarından istifadənin məhdudlaşdırılması haqqında" Azərbaycan Respublikası Qanunu ilə qadağan edilən yerlərdə tütün çəkdiklərinə, tütün məmulatları tullantılarını ətraf mühitə atdıqlarına görə 3034, tütün məmulatlarını yetkinlik yaşına çatmayanlara satdıqlarına görə 453 şəxs İnzibati Xətalar Məcəlləsinin 212.1-ci, 212.4-cü və 455.2-ci maddələrinə əsasən inzibati məsuliyyətə cəlb olunub.
Məlumata görə, onlara tətbiq edilən cərimələr 137 290 manat təşkil edib. Bu istiqamətdə tədbirlər davam etdirilir.
Paylaş:
Müəllif : Redaktor
Tarix:1-03-2020, 10:26
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:1-03-2020, 10:26
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 09:39
İzi itirmək məqsədilə təyyarənin sərnişinlərinin ölümə məhkum edilməsi beynəlxalq cinayətdir
26-12-2024, 22:01