Əhali Azərbaycanda istehsal olunan dərmanlara etibar etmir - Araşdırma
SSRİ dağılandan sonra digər sahələrdə olduğu kimi, dərman istehsalında da böhran yarandı. Mövcud istehsal müəssisələri sıradan çıxdı, yenilərinin yaranması uzun illər çəkdi. İstehsal sahələrinin sıradan çıxması bu sahəni inkişaf etdirməli olan mütəxəssis hazırlığını da arxa plana keçirdi.
Amma son illər bu sahə üzrə mütəxəssislərin hazırlanmasına xeyli önəm verilir. Hazırda həm Tibb Universitetində, həm Türkiyədə, həm də digər xarici ölkələrdə müvafiq sahə üzrə mütəxəssislər hazırlanır. Bəs, görəsən, ölkəmizdə dərman preparatlarının istehsal prosesi hansı səviyyədədir?
Bu barədə Yenisabah.az kiçik araşdırma aparıb. Məlumdur ki, dərman insana yaşadığı müddət ərzində ağrıları azaltmaq, ya da müalicə üçün lazım olur. Azərbaycanda dərman istehsalına bir neçə ildir başlanılıb. Əvvəl dərman zavodlarının tikildiyi bildirilsə də, sonradan müəssisələr şəklində fəaliyyət gostərməyə başlayıb. "R-Pharm Rusiya -Azərbaycan", R-Pharm Rusiya -Türkiyə" və. s bu kimi müəssisələr bu kateqoriyaya daxildir. Hazırda sözügedən müəssisələr Pirallahı ərazisində yerləşir. Bu muəssisələrdə kordioloji, nevroloji, psixi və hepatit xəstələri üçün dərman istehsal olunması nəzərdə tutulub.
Yerli istehsala "Herba Flora" da daxildir. "Herba Flora"nın bitki tərkibli dərmanlarını insanlar daha yaxşı tanıyır və alışı da ürəkaçan səviyyədədir. Araşdırma zamanı məlum oldu ki, bitki tərkibli elə kapsullar var ki, qiyməti 8 manatdır və alıcılığı da yüksəkdir. Bu sahədə istehsal və düzgün maarifləndirmə işlərinin öz effektini verdiyinin şahidi oluruq. Bundan başqa, yerli istehsal olan dərmanlardan spirtlər və ağız yaxalayıcı xlorheksidinin qablaşdırması və sızıntısı alıcını ilk baxışdan qorxudur. Yerli istehsal olan pambıq, sarğı və bunun kimi az da olsa istifadə edilən müxtəlif əşya və dərmanlar var ki, onların qiyməti ucuzdur. Təbii ki, bir müddətdir, koronavirusun yayılması səbəbi ilə ölkəmizdə də dizinfeksiya məhsullarının qiymət artımı müşahidə edilir. Hətta, 10 qəpiyə satılan maskaların bəzi yerlərdə 1-2 manata satıldığını müşahidə etmişik.
Eyni zamanda, apteklərdə bu məhsulların tükənməsi də müşahidə olunur. Dövlət zamanla bu sahəyə daha çox diqqət ayırsa, dərmanların da qiyməti ucuzlaşacaq. Lakin, belə bir məsələ var ki, hazırda cəmiyyətimiz yerli istehsal olan dərmanlara inanmır və hətta, insanlar bu dərmanların insan orqanizminə mənfi təsirindən, eyni zamanda, zəhərlənməkdən qorxurlar. Bu isə Azərbaycanda dərman istehsalının inkişafını tormozlayır.
Mütəxəssislər də hesab edirlər ki, bu sahəni xərçəng, ürək, qaraciyər və s. ağır xəstəliklərin müalicəsində istifadə olunan dərmanların istehsalı ilə dirçəltmək mümkündür. Bunun üçün isə Azərbaycanda yetərli texniki baza mövcud deyil. Bu isə o deməkdir ki, dərman idxalı zamanı xaricə axan valyuta axınının qarşısını hələ uzun illər almaq mümkün olmayacaq.
Paylaş:
Müəllif : Redaktor
Tarix:4-03-2020, 10:30
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:4-03-2020, 10:30
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:35
AŞARAQ ƏRAZİDƏ QALAN 10 YAXIN İRİ HƏCİMLİ ŞAM AĞAÇLARI - TƏBİƏTƏ ABŞERON RİH TƏRƏFİNDƏ EDİLƏN " HÖRMƏT" VƏ "QAYĞI" - FOTO
Dünən, 11:34