reklam
Regionxeberlericom.az » Cəmiyyət » Keçmiş nazirlə Aslan İsmayılov arasında gərginlik

reklam

Keçmiş nazirlə Aslan İsmayılov arasında gərginlik


Hüquq müdadiəçisi Aslan İsmayılovla keçmiş xarici işlər naziri Tofiq Zülfüqaraov arasında gərginlik yaşanıb.

Hər iki şəxs bir müddət əvvəl İTV-nin efirində yayımlanan “Diqqət mərkəzi” verilişində qonaq olublar. Verilişdə Sumqayıt hadisələri müzakirə edilib.

Daha sonra T. Zülfüqarov ona etikadankənar hücum edildiyini iddia edib:

“Aslan İsmayılov çox qəribə məntiqi təbliğ edirdi. Guya, Sumqayıt hadisələrini SSRİ-nin DTX yox, ancaq Qriqoryan və hansısa Azərittifaqın ermənisi icra edib. Yəni prosesdə ittihamçı olan İsmayılov DTK agentini görmədi və ifşa etmədi. Niyə?”.

Aslan İsmayılov isə feysbukda ona cavab olaraq bildirib ki, keçmiş Xarici İşlər naziri Tofiq Zülfüqarov İctimai TV efirində Sumqayıt hadisələrinin müzakirəsi zamanı aralarında yaranmış fikir mübadiləsini hələ də sinirə bilmir:

“30 ildir bütün müstəvilərdə Sumqayıtla bağlı danışdığıma baxmayaraq hələ də kütləyə hesablanmış çıxışında utanmadan məni ittiham etdi ki, niyə bu günə qədər susubsunuz?! Ancaq öz səbrimə görə ona sərt cavab vermədim ki, Xarici İşlər naziri işləmiş birisinin bu sözləri deməsi, Sumqayıtda baş verənləri bilməməsi ən azından qeyri-ciddi olmaqdır. Qarabağ 30 ildir düşmən tapdağı altındadır, Xarici İşlər naziri işləmiş birisi isə Prezidentin Münhendəki bircə çıxışını Qarabağ məsələsində parlaq qələbə adlandırır. Təəssüf edirəm ki, belə səviyyə sahibi uzun illər ölkəmizi xarici ölkələrdə təmsil edib, hətta Xarici İşlər nazirimiz də olub. Səmimi deyim ki, bu verilişə qədər T.Zülfüqarov haqqında fərqli, dəqiq desəm, müsbət fikirdə idim. Görünür, yanılmışam. Həqiqət isə budur ki, bu günə qədər Xarici İşlər Nazirliyinin xaricdə gördüyü iş ancaq tütün, alkoqol məhsullarının və qara kürümüzün qaçaqmalçılığı, ziyafətlərdə, kef məclislərində yeyib-içmək olub. Əminəm ki, bunu ölkədə hamı, xüsusilə dövlət qurumlarında çalışanlar yaxşı bilir. Bu günə qədər, 30 il ərzində xarici siyasətdə, Qarabağ probleminin həllində gördükləri iş isə göz qabağındadır”.




Paylaş:


Müəllif : Tarix:
6-03-2020, 14:40
Sikayət   


loading...
Загрузка...