Daha 3 azərbaycanlıda koronavirus tapıldı - RƏSMİ

İrandan qayıdan Azərbaycan Respublikasının üç vətəndaşında koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.
Nazirlər Kabinetinin yanında operativ qərargahdan daxil olan məlumata görə, onlardan biri, 1938-ci il təvəllüdlü vətəndaş İrandan qayıtdıqdan bir müddət sonra səhhətində yaranmış problemlə əlaqədar xəstəxanaya müraciət edib. Müayinə zamanı onda pnevmaniya müəyyən edilib, laborator analiz isə koronavirus infeksiyasına yoluxma faktını təsdiqləyib. Hazırda pasiyentin vəziyyəti kafidir.
Digər iki şəxs – 1993-cü və 1994-cü il təvəllüdlü, İranın Qum şəhərində təhsil alan tələbələr İran-Azərbaycan sərhədini keçərkən karantinə alınıb və müayinə zamanı onlarda da koronavirus infeksiyası aşkarlanıb. Onların səhhəti normaldir, hərarətləri yoxdur, vəziyyətləri kafidir.
Xüsusi rejimli xəstəxanalara yerləşdirilən hər üç pasiyentin müalicəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.
Paylaş:
Müəllif : Redaktor
Tarix:6-03-2020, 23:28
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:6-03-2020, 23:28
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 12:52
Bu gün, 12:39

Qəbələnin icra başçışı “qış yuxusuna” gedib - RAYONUN QARLI YOLLARI HƏR AN TƏHLÜKƏYƏ ÇEVRİLİB