Bu il 10 hərbçimiz həlak olub - Onların 6-sı düşmən gülləsinə tuş gəlib
2020-ci ilin mart ayını 7-dək Azərbaycanın Təhlükəsizlik və Müdafiə sektorunda ən azı 10 hərbi qulluqçu dünyasını dəyişib.
AzPolitika.info xəbər verir ki, bu barədə Xəzər Hərbi Tədqiqatlar Mərkəzi məlumat yayıb. Qeyd olunur ki, informasiya rəsmi qurumların məlumatları, mətbuatın və sosial şəbəkələrin monitorinqinə əsasən hazırlanıb.
Məlumatda bildirilir ki, dünyasını dəyişənlərin 6 nəfəri döyüş, 4 nəfəri isə qeyri-döyüş itkisidir. Silahlı Qüvvələrin 6 hərbi qulluqçusu cəbhə xəttində Ermənistan tərəfinin açdığı atəş nəticəsində həlak olub. Bundan başqa 3 hərbçi xəstəlik nəticəsində, 1 nəfərsə naməlum hadisə səbəbindən dünyasını dəyişib. Dünyasını dəyişənlərin 9 nəfəri əsgər, 1 nəfəri zabit olub. 2019-cu ildə isə Azərbaycanın Təhlükəsizlik və Müdafiə sektorunda 47 hərbi qulluqçu dünyasını dəyişib. Dünyasını dəyişənlərin 9 nəfəri döyüş, 38 nəfəri isə qeyri-döyüş itkisidir.
Məlumatda qeyd edilir ki, Silahlı Qüvvələrin 9 hərbi qulluqçusu cəbhə xəttində Ermənistan tərəfinin açdığı atəş nəticəsində həlak olub. Bundan başqa 4 hərbçi xəstəlik nəticəsində, 3 nəfərin isə bədbəxt hadisədən (donvurma və elektrik vurması) dünyasını dəyişdiyi bildirilir. 12 nəfər naməlum hadisə səbəbindən, 7 nəfər ölümcül hadisələrdən (avto-qəza), 4 nəfərsə mina-mərmi partlayışından dünyasını dəyişib. 2 nəfər ehtiyatsızlıqdan, 1 nəfər qeyri-nizamnamə hadisəsindən həlak olub. 3 hərbçi intihar edib. 1 nəfərsə sərhəd pozucuları ilə atışmada, bir nəfər hərbçi baş vermiş təyyarə qəzasında həlak olub.
Dünyasını dəyişənlərin 40 nəfəri Müdafiə Nazirliyinin, 6 nəfər Dövlət Sərhəd Xidmətinin, 1 nəfərsə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçuları olublar. Ötən il ümumilikdə 18 hərbi qulluqçu yaralanıb və ya xəsarət alıb. 8 nəfər mərmi partlayışından, 5 nəfər erməni gülləsindən, 4 nəfər sərhəd pozucuları ilə atışmada, 1 nəfərsə naməlum səbəbdən xəsarət alıb. Xəzər Hərbi Tədqiqatlar İnstitutunun keçirdiyi monitorinqin nəticələrinə görə, 2003-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələri ən azı 1190 hərbi qulluqçusunu itirib. Onun 367 nəfəri düşmən gülləsindən həlak olub. 823 nəfəri isə qeyri-döyüş itkiləridir, o cümlədən 41 nəfər mina və mərmi partlayışı nəticəsində həyatını itirib.
Ümumilikdə, 2003-2019-cu illərdə illərdə bu və digər səbəblərdən yaralanan və xəsarət alan hərbi qulluqçuların sayı 900 nəfərdən artıqdır.
Paylaş:
Müəllif : Redaktor
Tarix:7-03-2020, 20:03
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:7-03-2020, 20:03
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
20-12-2024, 10:16