Baş həkim hakim qarşısına çıxacaq – Ana ölümündə günahlandırılır
Ana ölümündə günahlandırılan baş həkim yenidən hakim qarşısına çıxarılacaq.
Mart ayının 11-də Ali Məhkəmədə hakim Hafiz Nəsibovun sədrliyi ilə Cinayət Mməcəlləsinin 314.2 (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma) və 311 (rüşvət alma) maddələri ilə təqsirləndirilən Şəki şəhər Regional Perinatal Mərkəzin direktor vəzifəsini icra etmiş Saniyə Məmmədovanın məhkəməsinin baxış iclası keçiriləcək.
Qeyd edək ki, Saniyə Məmmədova Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il müddətinə azadlıqdan məhrum edilib. Şəki Apellyasiya Məhkəməsi isə 1-ci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb. Bundan sonra məhkumun müdafiəçisi Rəşid Məhərrəmli Ali Məhkəməyə kassasiya şikayəti verib.
Xatırladaq ki, 2018-ci il mart ayının 28-də Şəki şəhər Regional Perinatal Mərkəzdə xəstə Məmmədova Türkan İlham qızı qeysəriyyə əməliyyatı zamanı çoxlu qan itirməsi nəticəsində 3 gün sonra dünyasını dəyişib. Belə ki, 1987-ci il təvəllüdlü Türkan Məmmədova mərkəzin direktor vəzifəsini icra edən, eyni zamanda mərkəzin Hamiləliyin patologiyası şöbəsinin müdiri Saniyə Məmmədova tərəfindən əməliyyat olunub. Əməliyyatdan bir müddət sonra xəstədə qanaxma baş verib, əməliyyat zamanı xəstənin damarı zədələnib. Pasiyentin qanaxması dayanmadığına görə yenidən əməliyyata alınıb. Daha sonra Bakıdan həkim briqadası gəlib və xəstə 3-cü dəfə əməliyyat olunub. Ancaq bu əməliyyatın da bir faydası olmayıb. İstintaqla sübut olunub ki, Türkan Məmmədova həkim səhlənkarlığı ucbatından dünyasını dəyişib. Həmçinin müəyyən olunub ki, bu Saniyə Məmmədovanın ölümlə nəticələnən birinci əməliyyat deyil.
Qeyd olunur ki, Saniyə Məmmədovanın səhvi ucbatından neçə uşaq anasız qalıb. Hətta bir uşaq doğulan zaman bu həkimin səhvindən boynu qırılıb. Onuda bildirək ki, bu Türkan Məmmədovanın 5-ci hamiləliyidir, ikinci doğumdur. Xəstədə kəskin böyrək çatışmazlığıda qeydə alınıb. Baş vermiş ölümlə bağlı araşdırma aparılıb, doğuşa yardım komissiyasının rəyi ilə sübut olunub ki, Saniyə Məmmədova doğuş zamanı səhlənkarlığa yol verib və şübhəli şəxs qismində tutulub.
Paylaş:
Müəllif : Redaktor
Tarix:9-03-2020, 11:52
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:9-03-2020, 11:52
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 12:40
Şəhid anasının gözünün yaşına məhəl qoymayan icra başçısı, rayonun digər ərazilərində "Bazar açıb" - VİDEO
Bu gün, 12:38
“Bilsəydim ki, bu ölkədə yekun qərarı Ali Məhkəmə deyil, Əmlak Komitəsi verir, məhkəməyə üz tutmazdım” – ŞOK MÜRACİƏT
27-12-2024, 11:23
Təkcə müəllimlərdən yığılan 32 milyon manat: Həmkarlar İttifaqı bu pulu hara xərcləyir?
27-12-2024, 09:39