«Yarıboş restoranlar, alıcısız mağazalar» - «GƏNCLİK» VƏ «28 MALL» BU GÜN
«Gənclik Mall»ı belə görməmisiniz – boş mağazalar, alıcı gözləməkdən darıxan satıcılar, ən əsası, az qala tamamilə boş qalan restoran mərtəbəsi və çoxsaylı restoranların qarşısındakı boşluqlar.
Əksəriyyətimizin çox da ciddiyə almadığımız koronavirus təhlükəsi artıq alış-veriş və əyləncə industriyasına mənfi təsirini göstərməkdədir. Bunu hiss etmək üçün Bakıdakı AVM-lərə baş çəkmək kifayətdir.
FED.az əməkdaşı bu gün «Gənclik Mall» və «28 Mall»da olub.
Koronovirus təhlükəsi ilə Bakıda ticarət mərkəzlərində satışın kəskin azalması qeydə alınıb. Müştəri sıxlığı görmək üçün AVM-lərə adamların gur olduğu vaxt – saat 13-15 arasında getmisdik, amma yenə də boşluq hiss olunur.
Satışın azalması sahibkarların dövriyyəsinə də təsirsiz ötüşməyib. Bunu FED.az-a AVM-lərdəki satıcılar da etiraf ediblər. Amma vəziyyəti satıcılarla söhbət etmədən də görmək mümkün idi.
«Əvvəl oturmağa yer olmurdu, indi boşluqdu»
«Gənclik Mall»dakı məşhur «Pak Dad» restoranının qarşısındakı ənənəvi növbə artıq yoxdur. Satıcılar yeməklə dolu vitrinin qarşısında vargəl edirlər. Restoranın nümaynədəsi deyir ki, koronavirus bütün satış obyektlərinə təsir edib: «Şübhəsiz ki, bizim də satışlara təsir edib. Əvvəlki dövrlərlə müqayisədə insanlar daha az gəlir. Əvvəllər burada oturmağa yer olmurdu, növbələr olurdu. Amma indi boş masalar göz önündədir. İnsanlar kütləvi yerlərə gəlməkdən qorxur».
Bir neçə həətə əvvələ kimi əyləşmək üçün yerlərin boşalmasını gözlədiyimiz restoran mərtəbəsində indi boşluqdur.
«Gənclik Mall»ın bağlanacağı xəbəri də yayılıb
İşçilərin sözlərinə görə, ticarət mərkəzinin bağlanması barədə söz-söhbətlər də dolaşır, amma hələ ki, bu məlumat rəsmi təsdiqini tapmayıb.
Məşhur «fast-food» brendi «McDonald's»da da vəziyyət ürəkaçan deyil. Satıcılar deyir ki, əvvəlki dövrlə müqayisədə müştərilər kəskin azalıb: «Ticarət mərkəzinin müvəqqəti olaraq bağlanması haqqında yayılan məlumatlar doğru deyil. Çünki olsa, məlumatımız olardı».
Satıcılar bildirir ki, müştəri azlığı təkcə koronavirusdan qorxu ilə bağlı deyil, məktəb və universitetlərin bağlanması da təsirini göstərir: «İndi həm orta məktəblər bağlanıb, həm də ali məktəblər. Tələbələrin çoxu rayondadır. Bunların da təsirləri var».
«İşimiz müştərilərdən asılıdır, onlar da gəlmir»
«Fast-food» brendi «Bir-İki Ekspres»in də menecerləri satışın olmamasından şikayətlənir. Onların sözlərinə gözlərinə görə, müştərilərin gəlməməsi satışlara da mənfi təsir göstərib: «Bizim işimiz müştərilərdən asılıdır. Onlar da gəlmir. Buna görə, gəlirlərdə azalma var. Bütün obyektlərdə vəziyyət eynidir».
«Obyekti bağlamağa da ixtiyarımız yoxdur»
AVM-dəki digər restoranlarla müqayisədə «KFC»nin qarşısında az da olsa, müştəri sıxlığı var idi. Amma satıcıların sözlərinə görə, virus obyektə iki-üç qat təsir edib: «Zərəri qarşılamaq çox çətindir. Ticarət mərkəzinin daxili qaydalarına əsasən obyekti bağlamağa da ixtiyarımız yoxdur. Bu virus demək olar ki, hər bir sahəni vurub».
Gündə 60-70 min nəfər olurdu, indi 3 dəfə azalıb
«Etilər» restoranının menecerinin sözlərinə görə, əvvəllər AVM-ə gün ərzində 60-70 min insanın daxil olurdu: «İndi gün ərzində heç 20-25 min insan gəlmir. Elə gün olmur müştəri gəlməsin, amma bu, yenə də azdır. Ümumiyyətlə hər şeyə təsir edib, gəlirlərimizə isə 70 faiz təsir edib».
Danışmağa çox da maraqlı olmayan digər obyekt sahibləri də boş masaları göstərməklə kifayətlənirdilər. Bəzi obyekt sahibləri də satışının olmamasını yeni fəaliyyətə başlamaları ilə əlaqəndirdi.
Müşahidələrimiz göstərir ki, müştəri qıtlığı tək kafe-restoranlarda yox, həm də geyim mağazalarında da yaşanır. Bir çox mağazalarda satıcıdan başqa heç kəs yoxdur.
«Satışlar 3-4 dəfə azalıb»
«Gənclik Mall»dan fərqli olaraq «28 Mall» Ticarət Mərkəzində sahibkarlar boş masalara rəğmən, virusun onlara heç bir təsir etmədiyini deyirlər. Onların bir qismi AVM-dəki boşluğu bayramla əlaqələndirir, digəri məktəblərin bağlanması ilə. AVM-dəki «Cafecity» restoranının rəsmisi də virusun obyektə vurduğu zərərin böyük olduğunu deyir: «Əvvəlki satışla müqayisədə demək olar 3-4 dəfə azalma var».
«28 Mall»dakı «McDonald's»da vəziyyət elə «Gənclik»də olduğu kimidir. Restoran nümaynədəsi bildirir ki, satışlar 60%-ə yaxın azalıb: «Ümumiyyətlə insanlar çölə çıxmağa qorxur. Əvvəllər burada oturmağa boş yer tapmaq olmurdu. Amma indi boş yerdən çox heç nə yoxdur. Gözlənilirdi ki, martın 12-də Sahildə “Dəniz Mall” AVM açılacaq o da qaldı».
«Müştəri gəlmir, yeməyi evə sifariş verir»
Ticarət mərkəzindəki «Burger King»in meneceri isə bildirir ki, əvvəlki dövrlə müqayisədə hazırda satışlarda 40-45 faiz azalma var: «Bu da çox çətindir. Ümid edirik ki, vəziyyət aprel ayına qədər düzələr».
Menecer bildirir ki, insanlar evdən çıxmırlar və satışlar azaldığına görə, restoran yeməkləri evə göndərməyə üstünlük verir: «İndi ən çox üstünlüyü çatdırılmalara veririk. Yəni müştərilərin sifarişlərini qəbul edirik, xüsusi çatdırma şirkətləri sifarişləri çatdırır. Təbii ki, bu da qiymətə təsir edir».
«Yarım saatdan bir əllərimizi yuyuruq»
Onun sözlərinə görə, restoranın bütün əməkdaşlaı hər gün müayinə olunurlar: «Burger King»in əməkdaşları dövlət poliklinikasında müayinədən keçir. Əgər işçilərin temperaturu, baş ağrısı və ya halsızlığı varsa, onlar evə buraxılır. Bunu etməliyik. Şükür ki, komandamızın bütün üzvlərinin sağlığı yerindədir. Həmçinin işçilər hər yarım saatdan bir əllərini dezinfeksiya edirlər».
Hər iki ticarət mərkəzində mağazalarda da boşluq müşahidə edirik, bəzi mağazalarda satıcılar da görünmür, alıcı olmadığından kənara çəkilib dincəlirlər. Amma foto götürməyə icazə verilməyib, münasibət də bildirilməyib.
Paylaş:
Müəllif : Yazar
Tarix:13-03-2020, 12:13
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:13-03-2020, 12:13
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
20-12-2024, 10:16