Azərbaycanda daha bir dərmanın istifadəsinə qadağa qoyuldu
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin “Qaynar xətti”nə vətəndaş tərəfindən depo apteklərində satılan “Azarga” adlanan göz damcısından şikayət daxil olub.
Mərkəzdən "Report"a verilən məlumata görə, şikayət əsasında əczaçılıq subyektləri ilə iş şöbəsinin əməkdaşları həmin apteklərdə satılan bu göz damcılarını müvafiq laboratoriya analizlərinin aparılması üçün mərkəzin dərmanların keyfiyyətinə nəzarət laboratoriyasına təqdim ediblər.
Dərmanların keyfiyyətinə nəzarət laboratoriyasının apardığı müvafiq analizlərin nəticəsində təqdim edilən nümunənin dərman vasitələrinin dövlət reyestrində qeydiyyatdan keçmədiyi və qablaşmasının təsdiqlənməmiş olması, nümunənin tərkibində qablaşmasının üzərində istehsalçı tərəfindən mövcudluğu haqqında məlumat verilib, “Brinzolamid” və “Timolol maleate” adlı fəal təsiredici maddələrin aşkar edilməməsi, həmçinin nümunənin “pH göstəricisi”nin istinad edilən normativ sənədlərdə müəyyən edilmiş normaya uyğun olmadığı aşkar edilib.
Bunu nəzərə alaraq üzərində istehsalçısının Belçikanın "Alcon-Couvreur N.V" müəssisəsi göstərilən, seriyası 19F27AB, yararlıq müddəti 2021-ci ilin oktyabrınadək olan “Azarga 10mq/ml + 5mq/ml 5.0 ml göz damcısı”nın idxalı, topdan və pərakəndə satışının qadağan edilməsi haqqında Analitik Ekspertiza Mərkəzi “Dərman vasitələrinin geri çağırılması Qaydası”nı rəhbər tutaraq distribüterlər və apteklərdən geri çağırılması barədə onlara məlumat göndərilib.
Paylaş:
Müəllif : Yazar
Tarix:14-03-2020, 16:40
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:14-03-2020, 16:40
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:35
AŞARAQ ƏRAZİDƏ QALAN 10 YAXIN İRİ HƏCİMLİ ŞAM AĞAÇLARI - TƏBİƏTƏ ABŞERON RİH TƏRƏFİNDƏ EDİLƏN " HÖRMƏT" VƏ "QAYĞI" - FOTO
Dünən, 11:34