Yevlaxda koronavirusun qarşısını almaq məqsədilə qərargah yaradılıb
Yevlax rayonunda koronavirus (COVID-19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatını əldə rəhbər tutaraq infeksiyanın rayon ərazisində yayılmasının qarşının alınması məqsədilə Yevlax Şəhər İcra Hakimiyyəti başçısı yanında qərargah yaradılıb.
Yevlax Şəhər İcra Hakimiyyətindən Trend-ə bildiriblər ki, qərargahın iclasında şəhərdə və rayon ərazisində yas və toy mərasimlərinin (14 və 15 mart 2020-ci il tarixlərinə əvvəlcədən təyin olunan toy mərasimləri istisna olmaqla) keçirilməsinin qadağan olunması, iaşə obyektləri, restoranlarda iş rejiminin axşam saat 21:00-dək müəyyən edilməsi, dövlət strukturlarında çalışan şəxslərin və səhiyyə işçilərinin ölkədən kənara səfərlərinin Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın icazəsi əsasında həyata keçirilməsi, dövlət və özəl sektorda çalışan şəxslərin ən vacib məqamlar istisna olmaqla ezamiyyə səfərlərinə qoyulan məhdudiyyət barədə məlumatların rayon ərazisində fəaliyyət göstərən idarə, müəssisə rəhbərlərinə və sakinlərə çatdırılması qərara alınıb.
İclasda qərargah üzvlərinə göstərilən qadağalara əməl olunması barədə idarə, müəssisə rəhbərlərinin və sakinlərin məlumatlandırılması tapşırılıb. İnfeksiyanın rayon ərazisində yayılmasının qarşısının alınması məqsədilə işlərin davam etdirilməsi və sakinlər arasında maarifləndirmə işlərinin gücləndirilməsi üçün şəhər icra hakimiyyəti başçısının İnzibati Ərazi Dairəsi üzrə nümayəndələrinə, bələdiyyələrə tapşırıq və tövsiyələr verilib.
Yevlax şəhərində bu xəstəliyə yoluxma hallarına yol verilməməsi və onun qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə xüsusi tədbirlər görülür. Məsələnin ciddiliyi nəzərə alınaraq Yevlax şəhərində və rayonun kəndlərində, yaşayış binalarında, binalardakı ümumi istifadə yerlərində, giriş blokları və pilləkən marşlarında, ən vacibi məişət tullantılarının atıldığı konteyner meydançalarında, həyət və yaşayış məhəllələrində, həmçinin digər yerlərdə tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər aparılır.
Paylaş:
Müəllif : Yazar
Tarix:14-03-2020, 17:58
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:14-03-2020, 17:58
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 15:10
Vurulan AZAL təyyarəsində Rusiyanın gizlədə bilmədiyi o anlar: Sağ qalan sərnişin ilk dəfə açıqladı
Dünən, 11:49
4 milyona görə həbs edilən birjaçı tanış çıxdı - Alışanovun qardaşı oğlu, Elarizin kürəkəni…
10-01-2025, 17:08
Səmyar Abdullayev oğlunu Harvardda oxudur: Gözdən əlillərin pulları hesabına... - Başqa nə cür ola bilər ki?..
10-01-2025, 17:03
Polimer Materialları İnstitutunda “VEDİBASAR İNŞAAT” MMC ilə işbirliyini belə gizlətmək istədilər
10-01-2025, 16:57
Barəsində üç dəfə həbs qətimkan tədbiri seçilən şəxs icra başçısı olmaq istəyir – İDDİA/VİDEO
9-01-2025, 10:30
Yardımlı rayon icra hakimiyyətinin başçısı barədə rüşvət ittihamı - "Tikinti aparmaq üçün 3500 pul istəyirlər"
9-01-2025, 09:15
Lisenziyasız kosmetoloji fəalliyyət göstərən Aygün Abdullayeva…. Nə sertifikat kimsən sən?!!!!!-Araşdırma-Fotolar
9-01-2025, 08:54