Azərbaycan distant təhsilə niyə hazır deyil? - Dünya evdə oturub öyrənir
Məlum olduğu kimi, Azərbaycanda ali təhsil müəssisələrində dərs ili iki həftə uzadılıb.
Bu barədə Təhsil nazirinin müavini Firudin Qurbanov əmr imzalayıb. Təhsil Nazirliyi bildirib ki, "dərslər martın 27-də başlanacaq və nəzərdə tutulduğu kimi mayın 30-dək deyil, iyunun 15-dək davam edəcək".
Bu dəyişiklik buraxılış kurslarının tələbələrinə şamil olunmayacaq. Əmrdə deyilir ki, imtahan sessiyası üçün ayrılan həftələrin sayı beş deyil, dörd həftə kimi müəyyən edilsin və 15 iyun -13 iyul tarixlərində keçirilsin.
Təhsil Nazirliyi bildirib ki, pedaqoji ixtisaslar istisna olmaqla sonuncu kurs tələbələrinin tədris qrafiki dəyişməyəcək. Onların dövlət attestasiyasının keçirilməsi qrafikə uyğun olaraq iyun ayının sonuna qədər aparılacaq.
Pedaqoji ixtisaslar üzrə təhsil alan sonuncu kurs tələbələrinin təcrübələri orta ümumtəhsil məktəblərində aparıldığı üçün onların tədris qrafiki iyun ayının 15-nə qədər davam etdiriləcək. Bu tələbələrin dövlət attestasiyası iyun ayının 15-dən iyul ayının 13-nə qədər aparılacaq.
Məlum olduğu kimi, müasir dövrdə distant, yəni müəyyən məsafədən keçirilən təlim-tədris sistemi dünya ölkələrində geniş yayılıb. Qeyd edək ki, telekommunikasiya vasitəsilə operativ, müntəzəm dialoq şəraitində uzaq məsafədən həyata keçirilən distant təhsilin bir sıra üstün cəhətləri var. Dərslər elektron materiallar, elektron dərslik, audio-video disklər və s. formalarda təqdim edilir.
Digər tərəfdən isə bu təhsil üstün cəhətlərindən biri onun yalnız gənclər üçün deyil, müxtəlif yaş qrupları üçün əlverişli olmasıdır. Beynəlxalq statistikaya görə, bu cür təhsil alan “tələbələrin” əksəriyyəti yaşı 25-i ötmüş, işdən ayrılmadan biliklərini genişləndirən şəxslərdir. Bununla belə, distant təhsilin tələbələrin təhsil səviyyəsində və peşəkar təcrübəsində fərdi fərqləri nəzərə almağa imkan verməməsi onun mənfi tərəfi kimi qiymətləndirilir. Bu cür təhsil alanlara verilən diplom və ya sertifikatlar hələlik keyfiyyətli təhsilin göstəricisi kimi qəbul olunmasa da, yaxın gələcəkdə bu yanaşmanın dəyişəcəyi gözlənilir.
Təhsil eksperti Elşən Qafarov “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, distant təhsil hər zaman aktual olub:
“Xüsusilə son 20 il ərzində ayrı-ayrı təhsil mütəxəssisləri tərəfindən distant təhsillə bağlı Təhsil Nazirliyinə layihə formasında təkliflər hazırlanıb verilib. Amma çox təəssüflər olsun ki, son 20 il ərzində Nazirliyə rəhbərlik edən şəxslər ali məktəb rəhbərlərinin etirazlarının qarşısında bundan imtina ediblər. Əgər Azərbaycanda distant təhsil həyata keçirilərsə, bu keyfiyyətli təhsil verməyən ali təhsil müəssisələrində tələbə sayının azalmasına gətirib çıxaracaq. Bu cür mühafizəkar yanaşma tərzinə görə, Təhsil Nazirliyi distant təhsildən imtina edir”.
Təhsil eksperti bildirir ki, distant təhsil dünyada əsas təhsilalma formalarından biri kimi sürətlə yayılmaqdadır:
“Bu məsələdə Azərbaycan geri qalır. Hesab edirəm ki, yaxın onilliklərdə ölkənin ali məktəblərinin əksəriyyəti boş qalacaq. Çünki dünyada distant təhsil alma forması əyani təhsilalmanı keçəcək. Distant təhsilin hesabına hər bir azərbaycanlının dünyanın istənilən ali məktəbində daha aşağı qiymətlərlə təhsil almaq imkanı olacaq. Bu vəziyyətin yaranmaması üçün Təhsil Nazirliyi təcili olaraq tədbirlər görməli və distant təhsilin ali və orta məktəblərdə tətbiqi istiqmətində addımlar atılmalıdır. Bu zəruridir”.
Elşən Qafarov deyir ki, distant təhsilin bir sıra üstünlüyü var. Vaxt itkisinin qarşısını alır, xərcləri azaldır, daha ucuz və rahatdır.
Paylaş:
Müəllif : Yazar
Tarix:16-03-2020, 09:19
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:16-03-2020, 09:19
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 13:35
Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
Dünən, 13:25
NMR Səhiyyə naziri Samiq Sadıxov və TMİB-in icraçı direktoru Vüsal Məmmədov həkimləri yalan məlumat verməyə məcbur edir - İDDİA
Dünən, 13:24
Ramiz Mehdiyevin kürəkəni Azərbaycan məhkəməsini “dubinka”ya çevirib – sahibkar etiraz edir
22-11-2024, 16:08
Su şəbəkələrinə qoşulmanın asanlaşdırılması iqtisadi islahatların tərkib hissəsi kimi – Ekspert rəyi
22-11-2024, 15:39