Daha bir qurum vətəndaş qəbulunu dayandırdı
Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu və qurumun insanların sıx toplaşdıqları yerlərin qapadılmasına dair tövsiyəsini nəzərə alaraq, infeksiyanın Azərbaycanda yayılmasının qarşısını almaq məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən ölkə ərazisində bir sıra təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinə qərar verilib. Bununla bağlı dövlət və özəl sektora aid qurumlardan, həmçinin vətəndaşlardan xüsusi qaydalara ciddi riayət etmələri tələb olunub.
Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat verilib.
Nazirlər Kabineti tərəfindən qəbul edilən təcili, təxirəsalınmaz və yerinə yetirilməsi məcburi olan qərarların icrası olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi vətəndaş qəbulunu martın 17-dən başlayaraq məhdudlaşdırır.
Bu dövr ərzində Agentliyin səlahiyyətinə aid məsələlərlə, eləcə də koronavirusla bağlı müraciətlər qurumun 1542 “Çağrı” mərkəzi və ya 012 310-07-70 telefon nömrəsi vasitəsilə qəbul ediləcək. “Çağrı” mərkəzinin koronavirusla bağlı xətti (1542-0) 7 gün 24 saat, digər xətləri isə iş günləri saat 09:00-dan 18:00-dək fəaliyyət göstərir.
Yazılı müraciətlər isə yalnız elektron qaydada Agentliyin [email protected] elektron poçt ünvanı, həmçinin https://its.gov.az/ rəsmi internet səhifəsinin “Elektron müraciət” bölməsi vasitəsilə qəbul ediləcək. Vətəndaşlar tərəfindən müraciətdə edilən təklif və ya tələb aydın ifadə edilməlidir. Müraciətin mövzusu müəyyən edildikdən sonra vətəndaş aidiyyəti struktur bölməyə və ya tibb müəssisəsinə yönləndiriləcək.
Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən koronavirusla bağlı profilaktik tədbirlərlə əlaqədar bir sıra strukturlar, o cümlədən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Novruz bayramındakı qeyri-iş günlərində adi iş rejimində çalışacaqlar.
Koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu və virusun geniş yayılma sürətini nəzərə alaraq, vətəndaşlarımızı Ümumdünya Səhiyyə Təşkilatı və Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahın tələb və tövsiyələrinə riayət etməyə çağırırıq.
Paylaş:
Müəllif : Fuad
Tarix:17-03-2020, 17:14
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:17-03-2020, 17:14
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 15:10
Vurulan AZAL təyyarəsində Rusiyanın gizlədə bilmədiyi o anlar: Sağ qalan sərnişin ilk dəfə açıqladı
Dünən, 11:49
4 milyona görə həbs edilən birjaçı tanış çıxdı - Alışanovun qardaşı oğlu, Elarizin kürəkəni…
10-01-2025, 17:08
Səmyar Abdullayev oğlunu Harvardda oxudur: Gözdən əlillərin pulları hesabına... - Başqa nə cür ola bilər ki?..
10-01-2025, 17:03
Polimer Materialları İnstitutunda “VEDİBASAR İNŞAAT” MMC ilə işbirliyini belə gizlətmək istədilər
10-01-2025, 16:57
Barəsində üç dəfə həbs qətimkan tədbiri seçilən şəxs icra başçısı olmaq istəyir – İDDİA/VİDEO
9-01-2025, 10:30
Yardımlı rayon icra hakimiyyətinin başçısı barədə rüşvət ittihamı - "Tikinti aparmaq üçün 3500 pul istəyirlər"
9-01-2025, 09:15
Lisenziyasız kosmetoloji fəalliyyət göstərən Aygün Abdullayeva…. Nə sertifikat kimsən sən?!!!!!-Araşdırma-Fotolar
9-01-2025, 08:54