Daha bir nazirlik xüsusi iş rejiminə keçdi
Koronavirus (COVID-19) xəstəliyinin yayılmasının qarşısının alınması üzrə Azərbaycan hökuməti tərəfindən aparılan profilaktik tədbirlərlə əlaqədar Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) Novruz bayramındakı qeyri-iş günlərində də xüsusi iş rejimində çalışacaq.
Nazirlikdən daxil olan məlumata görə, Nazirliyin Aparatında, strukturuna daxil olan qurumlarda və strukturuna daxil olmayan tabeliyindəki qurumlarda koronavirusun profilaktikası üzrə bütün zəruri qabaqlayıcı tədbirlər həyata keçirilir. İşçilər mütəmadi olaraq zəruri sayda fərdi qoruma vasitələri (tibbi maskalar, əlcəklər) ilə təmin olunurlar.
Respublika ərazisində fəaliyyət göstərən rəsmi avtovağzal və avtostansiya komplekslərində beynəlxalq və ölkədaxili sərnişindaşımanı həyata keçirən daşıyıcılarla birlikdə avtonəqliyyat vasitələri, eləcə də avtovağzal ərazisi, gözləmə zalı, xidmət otaqları, mədəni-məişət və sanitar-gigiyenik təyinatlı sahələr gündəlik dezinfeksiya olunur, proses bayram günlərində də davam etdiriləcək. Həmçinin “Bakı Taksi Xidməti” MMC-nin paytaxtda xidmət göstərən avtomobillərində də hər gün dezinfeksiya işləri aparılır.
Poçtdaşıma, "Şəbəkə" xidmət mərkəzləri, poçt filial və şöbələrində də dezinfeksiya işləri hər gün davam etdiriləcək. Nazirlik tərəfindən bayram günlərində əhalinin nəqliyyat, poçt, telekommunikasiya, o cümlədən internet, mobil rabitə xidmətləri və radio-televiziya yayımı ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsinə dair tabeli qurumlara, rabitə birlik və müəssisələrinə, həmçinin telekommunikasiya operatorlarına müvafiq tapşırıqlar verilib.
Paylaş:
Müəllif : Fuad
Tarix:19-03-2020, 19:30
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:19-03-2020, 19:30
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:36
Ölkə COP29 şölənində... “Az-Lead” MMC ekoloji böhran yaradır... - vergi borcu da KƏLLƏ-ÇARXDA...
Dünən, 11:35
AŞARAQ ƏRAZİDƏ QALAN 10 YAXIN İRİ HƏCİMLİ ŞAM AĞAÇLARI - TƏBİƏTƏ ABŞERON RİH TƏRƏFİNDƏ EDİLƏN " HÖRMƏT" VƏ "QAYĞI" - FOTO
Dünən, 11:34