Kürdəmirin icra başçısı sakinlərə vəd verib ki... - ETİRAZ
Aprelin 8-də Kürdəmir rayonunun Ərəbqubalı kəndinin sakinləri etiraz aksiyası keçirib. regionxeberlericom.az DİA.AZ-a istinadən bildirir ki, aksiyanın videogörüntüləri sosial şəbəkələrdə də yayılıb.
Sakinlərdən biri deyib ki, narazılığa səbəb şikayətlərinin yerli icra və bələdiyyə orqanlarında eşidilməməsidir: «Kəndin örüş və otlaq üçün ən yaxşı yerləri üç nəfər tərəfindən zəbt olunub. Sənədləri də saxtadır. Bu məsələ dəfələrlə qaldırılıb, amma öz həllini tapmayıb. Bir neçə gün əvvəl gördük ki, bizi Kürdəmir Rayon İcra Hakimiyyətində normal qəbul edən, şikayətimizə baxan yoxdur, qrup halında Bakıya getmək istədik. İcra hakimiyyətinin işçiləri telefonla əlaqə saxlayaraq bizi yoldan qaytardılar. Dedilər ki, gəlin, probleminiz yoluna qoyulacaq. Amma vəd edilən kimi olmadı. Buna görə camaat sözü bir yerə qoyub yolu kəsdi».
«İcra başçısı problemin 10 gün ərzində çözüləcəyinə söz verdi»
Adının çəkilməsini istəməyən sakin bildirib ki, etirazçılar Bakı-Qazax magistral yolunun Kürdəmir rayonunun Sığırlı kəndindən keçən hissəsində avtomobillərin hərəkətini 10 dəqiqəyədək dayandırıblar: «Polisin müdaxiləsi və rəsmilərin danışıq təklifindən sonra aksiya dayandırıldı. Rayon icra hakimiyyəti başçısı kəndə gəldi və əhali ilə görüş keçirdi. Dinləmələr zamanı sakinlər ayrı-ayrı şəxslərə verilmiş örüş yerlərinin əhalinin ümumi istifadəsinə qaytarılmasını tələb ediblər. İcra başçısı problemin 10 gün ərzində çözüləcəyinə söz verdi. Görək bu dəfə necə olur…».
Paylaş:
Müəllif : Yazar
Tarix:10-04-2019, 15:42
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:10-04-2019, 15:42
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20
Kiyevdə rusların vurduğu "Şah Plov" restoranı deputat Ağalar Vəliyevə məxsusdur - FOTO
21-12-2024, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
21-12-2024, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48