reklam
Regionxeberlericom.az » Cəmiyyət » Bakıya gələn minlərlə maşın geri qaytarıldı - RƏSMİ

reklam

Bakıya gələn minlərlə maşın geri qaytarıldı - RƏSMİ


“Martın 19-u saat 00:00-dan sonra Bakı istiqamətinə hərəkət edən 2000-dən çox avtomobil geri qaytarılıb”.
RegionXəbərləri.com məlumat verir ki, bunu Oxu.Az-a açıqlamasında Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib.

Onun sözlərinə görə, son saatlarda avtomobillərlə gələnlərin sayında kifayət qədər azalma qeydə alınıb:

“Maşınların təxminən 65 faizi Qaradağ rayonu istiqamətindən, 25 faizi Bakı-Şamaxı yolundan, 10 faizi isə Bakı-Quba yolunda müvafiq postlarda yoxlanılaraq geri qaytarılıb”.

Qeyd edək ki, koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə bütün səviyyələrdə hərəkətin məhdudlaşdırılması və sosial təcridin gücləndirilməsi tədbirləri nəticəsində Nazirlər Kabineti yanında operativ qərargahın qərarı ilə martın 19-da saat 00:00-dan etibarən xüsusi təyinatlı, o cümlədən, təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, respublikanın şəhər və rayonlarında qeydiyyatda olan nəqliyyat vasitələrinin və onların sərnişinlərinin Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna buraxılması martın 29-dək dayandırılıb.


Paylaş:


Müəllif : Tarix:
20-03-2020, 13:19
Sikayət   


loading...
Загрузка...