Böhrandan zərər çəkən işçilərə və aztəminatlılara dəstək veriləcək
Azərbaycan Respublikası Prezidenti “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” sərəncam imzalayıb.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Kommunikasiya Departamentindən verilən məlumata görə, sərəncamı şərh edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, “dəstək proqramı”nda məqsəd makro-iqtisadi dayanıqlılığın qorunması, əhalinin sosial rifahı və iqtisadi inkişafın təmin edilməsidir.
V. Qasımlı deyib ki, vəsait dövlət büdcəsindən ayrıldığından emissiya xarakteri daşımır və pul kütləsinin artımını şərtləndirmir, beləliklə, monetar şəraiti yumşaltmaqla manatın məzənnəsinə və qiymətlərə təzyiq göstərmir: “Ayrılan 1 milyard manat vəsait ÜDM-in 1,2 faizini və dövlət büdcəsinin 3,7 faizini təşkil etməklə əhəmiyyətli təsir gücünə malik olacaq. Azərbaycanda “dəstək proqramı”nın ÜDM-də və dövlət büdcəsində xüsusi çəkisi MDB məkanında bu göstərici üzrə ən yüksəkdir. Keçən il toplu maliyyə balansının gəlirlərinin (proqnoza əsasən) 34,1 milyard manatı və ya 53,5 faizini müəssisə və təşkilatların resursları təşkil edib. Toplu maliyyə balansının təhlili göstərir ki, müəssisə resurslarının 86 faizini mənfəət, 14 faizini isə amortizasiya ayırmaları təşkil edir. “Dəstək proqramı” ilk növbədə müəssisələrin dayanıqlılığını təmin etməlidir ki, biznes ayaqda qala bilsin. Çünki biznesin xilası, onun iflası nəticəsində yaranan sosial-iqtisadi təsirlərin aradan qaldırılması ilə müqayisədə daha ucuz başa gəlir. “Dəstək proqramı”nın həyata keçirilməsi həm də “kölgə iqtisadiyyatı”nın azalmasına xidmət edəcək, çünki biznes dövlətdən dəstək almaq üçün həm də balansını “ağartmalıdı”. Xüsusilə, məşğulluğu daha geniş miqyasda təmin edən biznesə dəstək daha geniş olmalıdır. Məşğulluğun 14,5 faizini təmin edən ticarət və nəqliyyat vasitələrinin təmiri, 4,2 faizini təmin edən nəqliyyat və anbar təsərrüfatı, 1,6 faizini təmin edən turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,6 faizini təmin edən istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət “Dəstək proqramı”nın mərkəzində olacaq. Bütün hallarda ödənişli ictimai işlər, özünü məşğulluq və ünvanlı sosial yardım kimi layihələrin əhatə dairəsinin artırılması gündəmdədir. “Məhsul və xidmətlər hesabı”nın təhlili göstərir ki, ötən il 203,7 milyon manat təşkil edən “məhsula və idxala subsidiyalar”ı bu il daha da artırmaqla prioritet sektorları dəstəkləmək mümkündür. Qlobal şokların təsiri altında həm əhali, həm də müəssisələr səviyyəsində ödəməmələr və borclar problemi meydana çıxır. “Dəstək proqramı” zərər çəkən sektoralara, sahibkarlara, muzdlu işçilərə və aztəminatlı insanlarımıza dəstəyi nəzərdə tutur.
Azərbaycan dövləti koronaböhranla mübarizədə heç bir xarici dəstəyə arxalanmadan, yalnız öz resursları ilə fəaliyyət göstərir. Hansı ki, Beynəlxalq Valyuta Fondu və Dünya Bankı başda olmaqla beynəlxalq qurumlar koronaböhranla mübarizədə ehtiyacı olan dövlətlərə yardım etməyə başlayıblar. Azərbaycan ÜST-ün “COVID-19 müraciəti” adlı Fonduna 5 milyon ABŞ dolları məbləğində könüllü maliyyə yardımı etməklə həm də qlobal səviyyədə sosial məsuliyyətini ifadə edib”.
Paylaş:
Müəllif : Fuad
Tarix:20-03-2020, 16:12
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:20-03-2020, 16:12
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 08:31
Paytaxtda milyonluq layihə sahibi olan "Grand Palace" səkini yola çevirib - Sahibkar icra hakimiyyəti ilə razılaşıb? - VİDEO
29-10-2024, 15:08
Ağalar Vəliyevin biznesmen oğlunun “Kristal Bakı” şirkəti cərimələndi - BUNA GÖRƏ...
29-10-2024, 09:04
Nazirliyin 4 milyona yaxın qrant ayırdığı bağçalarda müəmma - Adları ayrı, rəhbərləri eyni...
29-10-2024, 08:39
“Şaurma 1” işi: Aqil Babayevə qarşı saxta ittihamlar ifşa olunur: Şübhəli İttihamlar və Sübutların Yoxluğu
« Noyabr 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Be | Ça | Ç | Ca | C | Ş | B |
1 | 2 | 3 | ||||
4 | 5 | 6 | 7 | 8 | 9 | 10 |
11 | 12 | 13 | 14 | 15 | 16 | 17 |
18 | 19 | 20 | 21 | 22 | 23 | 24 |
25 | 26 | 27 | 28 | 29 | 30 |