“AzerGold” QSC aztəminatlı ailələrə Novruz sovqatları paylayıb

“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti Novruz bayramı münasibətilə bir qrup aztəminatlı ailəyə bayram sovqatları paylayıb. Sosial layihə Daşkəsən rayonunun Çovdar, Quşçu və Şadax kəndləri üzrə ünvanlı sosial yardım alan, aztəminatlı ailələri əhatə edib.
Novruz bayramı ərəfəsində Cəmiyyətin nümayəndələri müxtəlif ərzaq məhsullarından ibarət bayram sovqatlarını sözügedən ailələrə təqdim ediblər. Onlara Novruz bayramı münasibətilə Cəmiyyət adından təbriklər çatdırılıb.
Qeyd edək ki, Korporativ Sosial Məsuliyyət siyasəti çərçivəsində icra edilən bu cür aksiyalar sosial-iqtisadi dövlət proqramlarına dəstək xarakteri daşımaqla yanaşı, Cəmiyyətin fəaliyyət göstərdiyi bölgədə yaşayan aztəminatlı ailələrin qayğı ilə əhatələnməsi, onların yaşayış şəraitinin yaxşılaşdırılması, əlamətdar günlərdə bayram əhval-ruhiyyəsi yaşatmaq məqsədi daşıyır.

Paylaş:
Müəllif : Fuad
Tarix:20-03-2020, 22:22
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:20-03-2020, 22:22
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 12:52
Bu gün, 12:39

Qəbələnin icra başçışı “qış yuxusuna” gedib - RAYONUN QARLI YOLLARI HƏR AN TƏHLÜKƏYƏ ÇEVRİLİB