reklam
Regionxeberlericom.az » Cəmiyyət » “Azərbaycanda 7 min nəfər koronavirus testindən keçirilib”

reklam

“Azərbaycanda 7 min nəfər koronavirus testindən keçirilib”


“Bildiyiniz kimi, testlərin cavabı 6 saat ərzində çıxır. Əgər karantində olan şəxslərdə iki dəfə 3 gün fərqlə dalbadal neqativ cavab çıxırsa, o zaman onlar karantinin müddəti bitəndən sonra evə buraxılırlar”.

Bunu Səhiyyə nazirinin müavini Rahim Əliyev AzTV-nin “Hədəf” verilişində qonaq olarkən deyib.

R. Əliyev deyib ki, yanvarda Azərbaycanda bir laboratoriya fəaliyyət göstərirdisə, hazırda bu laboratoriyaların sayı 10-a çatıb:

“Bu laboratoriyalar nəinki Bakıda, həm də respublikanın digər regionlarında fəaliyyət göstərirlər. Ümumdünya Səhiyyə Təşkilatının əməkdaşları martın əvvəli ölkəmizdə səfərdə olub. Onlar bu laboratoriyaların təhlükəsizliyi və standartlara uyğun fəaliyyəti ilə tanış olublar. Bundan yüksək səviyyədə razı qalıblar və bu barədə cənab Prezidentə təşəkkürlərini də ünvanlayıblar. Həmin laboratoriyalar kifayət qədər diaqnostik testlərlə təmin edilib. İndiyə qədər 7000-dən artıq şəxs müayinə edilib”.



Paylaş:


Müəllif : Tarix:
21-03-2020, 13:45
Sikayət   


loading...
Загрузка...