reklam
Regionxeberlericom.az » Cəmiyyət » Prezidentin medal verdiyi zabit vəfat etdi - Generalın bacısı oğludu

reklam

Prezidentin medal verdiyi zabit vəfat etdi - Generalın bacısı oğludu


Prezident İlham Əliyevin medal verdiyi, Azərbaycan ordusunda 22 il qüsursuz xidmət etmiş zabit, mayor Ceyhun Salmanov vəfat edib.

O, məşhur polis general-mayoru Ərzuman Əliyevin bacısı oğludur. C.Salmanov 2018-ci ilin mart ayında qasıq-limfa düyünlərinin şişməsi nəticəsində Mərkəzi Klinik Hospitalda əməliyyat olunub. Limfa düyündə anaplastik karsinoma metastası diaqnozu qoyulub. Bundan sonra 2018-ci il iyulun 1-də ordudan xəstəliyimlə əlaqədar təxris olunub. C.Salmanov ötən ilin aprelində Criminal.az vasitəsilə Müdafiə Nazirliyinin rəhbərliyinə müraciət edərək, kömək istəmişdi. Bildirmişdi ki, ayağı tam şişib, yerimə qabliyyətini itirib. Müdaxilə olmazsa, bir müddət sonra yerişini tam itirəcəyini demişdi. Nazirliyin Tibb Baş İdarəsində Türkiyənin Gülhanə Hospitalına göndərilməyi üçün sənədlərini hazırlasa da, buna müvəffəq ola bilməmişdi.

Dəfələrlə müdafiə naziri Zakir Həsənovun qəbuluna düşmək istəmişdi, cəhdi baş tutmadığından ailəsinin və yaxınlarının köməkliyi ilə Gülhanə Hospitalına getmişdi.

Lakin orada da müalicəsi uğursuz olan zabit ötən gün dünyasını dəyişib. Salmanov Ceyhun Tahir oğlu 1980-ci ildə Göyçay rayonunda anadan olub. 2001-ci ildən 2005-ci ilədək Dövlət Sərhəd Xidmətinin bir neçə hərbi hissəsində xidmət edib. 2004-cü ildə minaya düşərək ağır yaralanması nəticəsində 2-ci qrup əlillik dərəcəsi verilib.

2004-cü ilin iyul ayında Azərbaycan Prezidentinin Sərəncamı ilə “İgidliyə görə” medalı ilə təltif olunub. Daha sonra müxtəlif hərbi hissələrdə quluq edən mayor Ceyhun Salmanov 2018-ci ildə istefaya göndərilib.


Paylaş:


Müəllif : Tarix:
22-03-2020, 12:48
Sikayət   


loading...
Загрузка...