reklam
Regionxeberlericom.az » Cəmiyyət » Bakıda qanunsuz parklanmaya görə cərimə - MÜVƏQQƏTİ LƏĞV EDİLİB

reklam

Bakıda qanunsuz parklanmaya görə cərimə - MÜVƏQQƏTİ LƏĞV EDİLİB


Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli metro stansiyaları istiqamətində ekspress marşrut xətləri ilə bağlı yaranan suallara aydınlıq gətirib.

FED.az xəbər verir ki, V.Kərimli AzTV-də "Hədəf" verilişində qonaq olan BNA rəhbəri deyib ki, bu istiqamətlərdə istifadə etmək üçün kifayət qədər avtobus mövcuddur:

“Biz həmin metro stansiyalar istiqamətində ekspress marşrut xətti təşkil etmişik. Ekspress marşrut xətlərinin adı üstündədir. Bunlar heç bir dayanacaqda dayanmır. Sadəcə olaraq, metro stansiyalarının yaxınlığında olan və əsasən metro stansiyasına təhkim olunmuş avtobus dayanacaqlarında dayanır. Avtobusların xəttə təqdim olunmasında heç bir problem, məhdudiyyət yoxdur”.

V.Kərimli bildirib ki, insanlar ictimai nəqliyyatdan təcili vəziyyətlərdə zərurət yarananda istifadə etməlidir: "Parka gəzməyə, hava almaq üçün gedən vətəndaş yox. Biz cəmiyyətin içindəyik. Məlumatlar gəlir. Bir neçə qruplar, dostlar evlərdə yığışırlar. Sosial təcrid, sosial izolyasiya o demək deyil ki, siz 10-15-20 nəfər evdə yığışa bilərsiniz. Çünki həmin liftdən istifadə edirsiniz, həmin yerdə danışırsınız, o insanlar gedir başqa insanlarla görüşür. Bu, zəncirvarı halqadır. Bu halqanın kəsilməsi üçün hökumət tərəfindən təklif olunur ki, #evdəqal haştaqı altında sosial izolyasiya olsun. Bir daha çağırış edirəm. Zərurət olmadığı halda həm ictimai nəqliyyatda, həm də küçələrdə-parklarda gəzməyək”.

BNA rəsmisi qanunsuz parklanmaya görə cərimələnmənin ləğv edildiyini də söyləyib: “Bakı şəhərində parklanmaya qarşı müəyyən tələbləri azaltmışıq. Artıq sadəcə o kameralardan müşahidə istiqamətində istifadə olunur. Amma bizim gördüyümüz mənzərə ona gətirdi ki, Bulvar ətrafında və Bulvar kənarında 5-6 sırada nəqliyyat vasitələri dayanır və 4-5 şəklində yenə gəzirlər, gülürlər, danışırlar. Aydın məsələdir, sosial cəhətdən, psixoloji cəhətdən bu olmalıdır. Lakin bu səviyyədə düzgün deyil".

BNA rəhbəri bildirib ki, dünya iqtisadiyyatı və qlobal iqtisadiyyat həm maliyyə, həm də səhmlərin qiymətlərinin aşağı düşməsi cəhətindən böyük zərər görür: "Bu bayram tətili olaraq qəbul edilməməlidir. Bu dincəlmə tətili olaraq qəbul edilməməlidir. Konkret olaraq sosial izolyasiya insanların bir-birinə - əgər kimsə gizli daşıyıcıdırsa belə onun digərlərin yaymaması məsələsidir. Vətəndaşımz, eyni dərəcədə özümüz də baxışımızı bir az dəyişdirməliyik. Bu bayram tətili deyil. Bu sırf sosial izolyasiya istiqamətində aparılan tədbirlərdir".


Paylaş:


Müəllif : Tarix:
26-03-2020, 15:58
Sikayət   


loading...
Загрузка...