Bu ölkə də koronavirusla mübarizədən imtina etdi – Hər gün 2 nəfərin testi pozitiv çıxır

Belarusiya hökuməti ölkədə koronavirusun yayılmasına baxmayaraq karantin rejimi tətbiq etməkdən imtina edib.
Bu barədə ölkə prezidenti Aleksandr Lukaşenko məlumat verib. Onun sözlərinə görə, ölkədə koronavirusa qarşı hər hansı bir tədbir görülməyəcək:
“Bugünə qədər 86 nəfərdə koronavirus aşkarlanıb. Belə şeylər olur. Əsas odur təşvişə düşməyək. Digər ölkələrdən gələn bütün insanlar yoxlanışdan keçirlər və gün ərzində 2-3 nəfərin nəticələri pozitiv çıxır”.
Bildirilir ki, Belarusiya futbol yarışlarını təxirə salmayan yeganə Avropa ölkəsidir. Hökumət heç bir tədbir görməsə də, paytaxt Minskdə vətəndaşlar koronavirusla əlaqədar təşvişə düşdüklərinə görə evdən çölə çıxmırlar. Uşaqlar isə məktəbə getməkdən imtina ediblər.
Qeyd edək ki, ölkədə sözügedən virusdan 2 nəfərin öldüyü iddia edilsə də, rəsmi rəqəmlərdə ölü sayı 0 göstərilir.
Xatırladaq ki, İsveç hökuməti də ölkədə koronavirusa qarşı sərt karantin rejimi tətbiq etməkdən imtina edib.
Paylaş:
Müəllif : Fuad
Tarix:28-03-2020, 11:21
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:28-03-2020, 11:21
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Dünən, 12:52
Dünən, 12:39

Qəbələnin icra başçışı “qış yuxusuna” gedib - RAYONUN QARLI YOLLARI HƏR AN TƏHLÜKƏYƏ ÇEVRİLİB