Koronavirusun "vətən"i Uhandan Avropaya qatarların hərəkəti bərpa olunub
Yeni növ koronavirusun (COVID-19) yayılmağa başladığı Çinin Uhan şəhərindən Avropaya yük qatarlarının hərəkəti təxminən iki aylıq fasilədən sonra bərpa olunub.
Martın 28-də “China Railway Express” şirkətinə məxsus qatar Uxan stansiyasından Almaniya istiqamətində yola düşüb. Qatarın 15 günə Duysburq şəhərinə çatması gözlənilir. Əlli konteynerdən ibarət qatarın yükünün təxminən 90 faizi Uhandakı müəssisələrin istehsalı olan məhsullardır. Buraya pandemiya ilə mübarizədə istifadə olunacaq 166 ton tibbi ləvazimat, avtomobil ehtiyat hissələri və aksessuarları, elektronika malları, fiberoptik kabel, habelə tikinti materialları daxildir. Mallar Duysburqdan Almaniyanın müxtəlif şəhərləri ilə yanaşı, Fransa, Macarıstan, Çexiya və Polşaya da göndəriləcək. İlkin mərhələdə Avropaya həftədə 2-3 qatarın yola salınması planlaşdırılıb. Aprel ayında isə qatarların hərəkəti tam bərpa olunacaq.
Uhanda koronavirusun sürətlə yayılmağa başladığı dövrdən fəaliyyəti dayandırılmış metronun və şəhərlərarası qatarların hərəkəti də martın 28-də bərpa olunub. Sian şəhərindən gələn sərnişin qatarı Uhanın Uçanq vağzalında qəbul olunub. Bu, iki aylıq fasilədən sonra Uhana Çinin digər şəhərlərindən gələn ilk qatar olub. Vağzalı tərk etməzdən əvvəl bütün sərnişinlərin tibbi müayinəsi aparılıb.
Şəhərdə əsas altı metro xətti üzrə qatarların da hərəkəti bərpa olunub.
Paylaş:
Müəllif : Fuad
Tarix:29-03-2020, 00:29
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:29-03-2020, 00:29
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 19:26
Prezident bu nəqliyyat vasitələri ilə bağlı qanun imzaladı - Yanvarın 1-dən 8 il müddətinə...
Bu gün, 11:29