reklam
Regionxeberlericom.az » Cəmiyyət » Xaçmazlı dərzi yerli sakinlər üçün pulsuz maska tikir

reklam

Xaçmazlı dərzi yerli sakinlər üçün pulsuz maska tikir

Azərbaycanın Xaçmaz rayonundan olan dərzi Aynur Ağabalayeva yerli insanlar üçün tibb maskalar tikməyə başlayıb.

Bu barədə "Report"a Beynəlxalq Miqrasiya Təşkilatından (BMqT) məlumat verilib.

BMqT-nin Azərbaycan nümayəndəliyinin ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi ‘Həssas İcmaların Dayanıqlılığının Gücləndirilməsi’ layihəsi çərçivəsində A.Ağabalayevaya moda evinin inkişafı üçün təqdim olunan tikiş maşınları və parça materiallardan istifadə etməklə və işçiləri yüzlərlə üz maskaları hazırlayaraq yerli sakinlər arasında paylayıblar.

A.Ağabalayeva dərzi atelyesinin xəstəxananın yaxınlığında olduğunu və üz maskaları olmayan bəzi xəstələrin xəstəxanaya buraxılmadığının şahidi olduğunu bildirdi: “Koronavirus pandemiyası Xaçmazda da üz maskaları çatışmazlığına səbəb olub. Buna görə üz maskalarını tikib insanlara paylamaq qərarına gəldim ki, onlar tibbi müayinələrdən keçmək imkanı qazansınlar".

O, digər dərzilərin də bu təşəbbüsə qoşulacağına inandığını qeyd etdi.

BMqT-nin Azərbaycan nümayəndəliyi 2018-ci ildən etibarən ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin maliyyə dəstəyi ilə ‘Həssas İcmaların Dayanıqlılığının Gücləndirilməsi’ layihəsini həyata keçirir. Bu layihə həssaslığı ilə seçilən əhali qruplarının tənzimlənməyən miqrasiya, insan alveri, əməyin istismarı, məcburi əmək, eləcə də, zorakı ekstremizm və radikallaşma qurbanına çevrilməsinin qarşısının alınması, onların sosial-iqtisadi rifahının artırılması məqsədini daşıyır.




Paylaş:


Müəllif : Tarix:
31-03-2020, 12:07
Sikayət   


loading...
Загрузка...