reklam
Regionxeberlericom.az » Cəmiyyət » “Aptekdə işləyənlər də koronavirus testindən keçirilməlidir” - Karantin həkimindən TƏKLİF

reklam

“Aptekdə işləyənlər də koronavirus testindən keçirilməlidir” - Karantin həkimindən TƏKLİF


Ölkədə koronavirus epidemiyasının yayılmasına görə gücləndirilmiş karantin rejimi tədbiq edilib.

Buna baxmayaraq epidemiya yayılmaqda davam edir.

Cebhe.info-ya açıqlamasında karantin rejimində fəalliyyət göstərən Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Şüa diaqnostikası Şöbəsinin müdiri, radioloq həkim Aydın Əliyev bildirib ki, epidemiyanın qarşısını almaq üçün əhali testdən keçirilməlidir:

“Hesab edirəm ki, gizli yoluxma və yoluxdurma hallarının daha tez aşkar edilməsi üçün bütün əhali evdən çıxmadan “Covid-19” testindən keçirilməlidir. Doğrudur bu işlər maddi vəsati tələb olunur. Lakin bu, yoluxandan sonra onların müalicəsinə sərf olunacaq vəsaitdən daha az olacaq.

Bütün marketlərdə, apteklərdə və digər tibb müəssisələrində işləyən insanlar “Covid-19” testindən keçirilməlidir. Təəssüf ki, tez-tez marketlərdə, apteklərdə bu məsələyə ciddi yanaşmayan işçilərlə rastlaşırıq”.


Paylaş:


Müəllif : Tarix:
4-04-2020, 12:13
Sikayət   


loading...
Загрузка...