Küçəyə çıxmaq üçün göndərilən SMS-ə belə cavab gəlir
Xəbər verdiyimiz kimi, bu gün saat 00:00-dan etibarən Azərbaycanda Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə hərəkət məhdudlaşdırılıb.
Vətəndaşlar yaşayış yerini tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS məlumat göndərməlidirlər (SMS məlumatlar ödənişsizdir). SMS məlumatın mətnində aşağıdakı 3 indeksdən biri və şəxsin şəxsiyyətini təsdiq edən məlumat qeyd edilməlidir.
Artıq bu xidmətdən istifadə edən vətəndaşlar var. Məsələn, 2-ci indeks üzrə göndərilən sorğuya aşağıdakı kimi cavab verilib:
Sosial şəbəkə istifadəçilərinin yazdığına görə, sorğular çox operativ şəkildə cavablandırılır.
Bir daha xatırladaq ki, 1 rəqəmi təxirəsalınmaz tibbi zərurətlə və ya qrafik üzrə müalicə almaqla əlaqədar yaşayış yerini tərk etmək üçün (icazə rayon və şəhər daxilində 2 saat müddətinə verilir, rayonlar və şəhərlərarası hərəkət zərurəti yarandıqda olduğu ünvanla getməli olduğu ünvan arasında məsafə və müalicə prosedurunun müddəti nəzərə alınır, geri qayıtma müddəti həkim tərəfindən verilən arayışla müəyyən edilir və zərurət olduqda polis əməkdaşlarına təqdim edilir); 2 rəqəmi - ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, bank və poçt xidmətlərindən istifadə edilməsi zərurəti ilə əlaqədar yaşayış yerini tərk etmək üçün (icazə 2 saat müddətinə gündə 1 dəfə verilir); 3 rəqəmi - yaxın qohumunun dəfnində iştirakla əlaqədar yaşayış yerini tərk etmək üçün.
Şəxsiyyəti təsdiq edən məlumatlar bunlardır: Azərbaycan Respublikasının vətəndaşları üçün – şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi (məsələn, AZE11111111), Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşayan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər üçün – Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsinin seriyası və nömrəsi (MYİ (DYİ)1111111), Azərbaycan Respublikası ərazisində müvəqqəti olma müddəti uzadılmış əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər üçün – müvəqqəti olma müddətinin uzadılması barədə qərarın seriyası və nömrəsi (MOM1111111).
Paylaş:
Müəllif : Fuad
Tarix:5-04-2020, 12:11
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:5-04-2020, 12:11
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:33
Naxçıvanda güzəştli kreditlərin əksəriyyəti yüksək vəzifəli məmurların nəzarətində olan müəssisələrə verilir- İTTİHAM
Bu gün, 08:32
Naxçıvan Səhiyyə naziri Samiq Sadıxov Azərbaycanın mövcud qanunvericiliyini heçə sayaraq saxta sənədlərə imza atdırmışdır - İDDİA
Bu gün, 08:27
Qalmaqallı oliqarx Şahmar İbadov yenidən iş başında: Bu dəfə “Şuşa”nı sökür – ŞOK İDDİALAR/ VİDEO
Dünən, 15:10
Vurulan AZAL təyyarəsində Rusiyanın gizlədə bilmədiyi o anlar: Sağ qalan sərnişin ilk dəfə açıqladı
11-01-2025, 11:49
4 milyona görə həbs edilən birjaçı tanış çıxdı - Alışanovun qardaşı oğlu, Elarizin kürəkəni…
10-01-2025, 17:08
Səmyar Abdullayev oğlunu Harvardda oxudur: Gözdən əlillərin pulları hesabına... - Başqa nə cür ola bilər ki?..
10-01-2025, 17:03