Əmək pensiyalarının, sosial müavinət, təqaüd və kompensasiya ödənişlərinin qrafikləri dəyişdirildi
COVID-19 pandemiyası ilə əlaqədar olaraq, bankomatlar qarşısında vətəndaş sıxlığının olmaması məqsədilə əmək pensiyalarının, sosial müavinət, təqaüd və kompensasiya ödənişlərinin, eləcə də ünvanlı dövlət sosial yardımlarının (ÜDSY) ödəniş qrafikləri xüsusi karantin rejimi müddətinə dəyişdirilib.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatında bildirilir.
Qeyd ounur ki, pensiyaların Sumqayıt şəhəri və Abşeron rayonu, Bakının Səbail, Yasamal, Binəqədi, Nəsimi və Qaradağ rayonları üzrə aprel ayının 8-də, Bakının Nizami, Nərimanov və Xətai rayonları üzrə 9-da, Xəzər, Pirallahı, Sabunçu və Suraxanı rayonları üzrə 10-da, respublikanın digər rayonları, həmçinin dövlət qulluqçuları, hərbi və xüsusi rütbəli şəxslərə isə 15-də ödənilməsi müəyyən edilib.
Xüsusi karantin rejimi müddətində müavinət, təqaüd və kompensasiya ödənişləri aprelin 20-si və 21-i tarixlərində, ÜDSY ödənişi isə 28-də təmin ediləcək.
Pandemiya ilə əlaqədar yaşı 65 və daha yuxarı olan şəxslərin evdən çıxması qadağan olunub. Bu səbəbdən həmin yaş qruplarında olan şəxslərə bank kartlarına köçürülmüş vəsaitlərini ailə üzvlərinin və ya 142 - Çağrı Mərkəzinə müraciət etməklə sosial xidmətçilərin yardımı ilə, tənha ahıllara isə bank kartına köçürülmüş sosial ödənişini sosial xidmətçinin yardımı ilə əldə etməsi tövsiyə olunur.
Eyni zamanda, bildirilir ki, xüsusi karantin rejimi müddətində pensiya, müavniət, təqaüd, kompensasiya, ünvanlı yardım kimi sosial ödənişlər istənilən bankın bankomatından, eləcə də Azərpoçtun istənilən bankomat və ya posterminallarından hər hansı əlavə faiz tutulmadan əldə etmək olar.
Hər hansı sual yaranacağı təqdirdə, 142 - Çağrı Mərkəzinə müraciət etmək olar.
Paylaş:
Müəllif : Yazar
Tarix:6-04-2020, 16:26
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:6-04-2020, 16:26
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 09:39
İzi itirmək məqsədilə təyyarənin sərnişinlərinin ölümə məhkum edilməsi beynəlxalq cinayətdir
26-12-2024, 22:01
Təyyarə qəzasında xəsarət alanlara 20 min, vəfat edənlərin ailəsinə isə 40 min manat kompensasiya ödəniləcək
26-12-2024, 11:29
Yevlax təhsilnə kefsiz baş çəkən komissiya oradan gülərüz ayrılıb - Yevlax təhsili batır
26-12-2024, 08:42
“Bu, bir alimin, bir ailənin məhvi deməkdir” – SOCAR-dakı işindən çıxarılan alim ETİRAZ EDİR
26-12-2024, 08:32