
"Tüpürüm sizin missiyanıza" - Rövşanə ilə vəkil arasında qalmaqal

ARB-nin aparıcısı Rövşanə Ağasəfqızı ilə vəkil Türkel Süleymanlı arasında qalmaqal yaşanıb.
UlduzumSan.Az xəbər verir ki, buna səbəb vəkilin aparıcının "Səhər-səhər" proqramı ilə bağlı sosial şəbəkədə mənfi fikirlər yazması olub.
Bu haqda "Elgizlə izlə" verişində danışan Rövşanə bildirib ki, vəkil Xalq artisti Nuriyyə Əhmədova ilə bağlı hazırladığı proqram görə onun ünvanına xoşagəlməz sözlər yazıb:
"Nuriyyə Əhmədova ilə bağlı 3 saatlıq veriliş hazırladım. Orada onun acınacaqlı həyatından danışdıq. Verilişimi vəkil, dəfələrlə efirimin qonağı olan Türkel Süleyman təhqir edib. Mənə "Tüpürüm sizin missiyanıza, gözümdən düşdün" sözlərini deyib. Dəfələrlə verilişimin qonağı olub, hörmətlə qarşılamışam. Özü xahiş edib ki, efirinə çağır, təmənnasız dəvət etmişəm. Bir məhsul istehsal edib, mənə dedi ki, efirdə işıqlandıraq. Karantin dövründə çəkiliş olmur, edə bilmədiyimi dedim. "Yox" cavabı alan vəkil fərqli yanaşma sərgilədi. Məni, çalışdığım kanalda yayımlanan proqramı təhqir etdi. Vəkillər kolleqiyasına müraciət etdim, bu işə baxılsın".
Proqrama zəng edən T.Süleymanlı "Onunla bir düşmənçiliyim yoxdur. Veriliş barədə tamaşaçı kimi fikir bildirmişəm. Şəxsi yazışmamızı götürüb feysbukda paylaşıb və qanun pozub. Onunla dava etmirəm. Nuriyyə Əhmədovaya böyük hörmətim var. Bir şəxsi amili, ailə sirri qalmadı. Hər şeyini açıb göstərdi. O, təmiz insan olub. İnsanın xatirəsinə hörmət edirsənsə, yaxşı danış. Buna fikir bildirmişəm" sözlərini deyib.
Rövşanə isə vəkili məhkəməyə verəcəyini söyləyib:
"Pozdum yazışmanı, amma sizi məhkəməyə verəcəm. Təmənnasız efirimdə qonaq olmusan. Bir Xalq artistinin həyatını göz önünə qoymuşam. Tanınmış xanımdır, həyatı, evsizliyi göz önündədir. Oturub verilişimi sona kimi izləyib, səhv axtarır. Nuriyyə xanıma belə etdin, elə etdin... Onun ağrısı sənə qaldı?". (Axşam.az)
Paylaş:
loading...
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 10:39
28-02-2025, 19:19
28-02-2025, 12:45
28-02-2025, 12:29
28-02-2025, 12:27
28-02-2025, 09:33

2 mart 2025-ci il tarixində Londonda keçiriləcək Ukrayna mövzulu sammitə bütün Avropa toplaşır

Əmir Şirinbəylinin evindən 244 minlik qızıl oğurlayan - Xadimənin cəzası bəlli oldu

Həkimdən Teymur Musayevə sərt etiraz: "Nə vaxta qədər sizin səhvlərinizdən əziyyət çəkməliyik?"

Qubada dəhşət: Qadın xəstəxananın sanqovşağında doğduğu uşağı öldürməyə cəhddə ittiham edilir

Milli Məclis əlilliyi olan şəxslərə yeni güzəştlərin edilməsi ilə bağlı dəyişikliyi qəbul etdi
