“Virtual məktəb” layihəsi üzrə 150 min şagird qeydiyyatdan keçib
Aprelin 7-dək 150 min şagird "Virtual məktəb" portalında qeydiyyatdan keçib. Onlardan 110 min nəfərə şəxsi səhifəsinə giriş imkanı yaradılıb. Qeydiyyatdan sonrakı 48 saat ərzində istifadəçilərin şəxsi kabinetləri aktivləşəcək.
Təhsil Nazirliyindən verilən məlumata görə, qeydiyyatdan keçən şagirdlərin qruplar üzrə komplektləşdirilməsi istiqamətində bu gün axşam saatlarında işlər aparılacaq və bununla əlaqədar olaraq portalda qeydiyyat prosesi müvəqqəti dayandırılacaq. Komplektləşdirmə yekunlaşdırıldıqdan sonra şagirdlərin qeydiyyatına yenidən başlanılacaq.
Qeyd edək ki, aprelin 2-dən Təhsil Nazirliyi tərəfindən "Virtual məktəb" layihəsinə start verilib. Layihənin məqsədi Təhsil Nazirliyi tərəfindən yayımlanan teledərslərin interaktivliyini təmin etmək və ümumilikdə məsafədən tədris imkanlarını genişləndirməkdir. Hər bir şagird “Virtual məktəb” portalında qeydiyyatdan keçərək öz yaşına əsasən sinfə təyin olunur. Sözügedən portal vasitəsilə şagirdlər həftəiçi teledərslərdə tədris olunan mövzulara əsasən hazırlanmış ev tapşırıqlarını yerinə yetirə və əlavə tədris resurslarından faydalana bilərlər. Portala hər həftə müxtəlif mövzu və fənlərə uyğun olaraq yeni tapşırıqlar əlavə olunacaq.
"Virtual məktəb” portalında müəllimlər tərəfindən onlayn dərslərin keçirilməsi üçün də imkan yaradılacaq. Belə ki, növbəti mərhələdə müəllimlərin portalda qeydiyyat imkanının təşkili nəzərdə tutulur.
"Virtual məktəb” portalının mobil tətbiqi də mövcuddur. Bunun üçün şagirdlər “AppStore” və “Google Play” marketlərindən “Microsoft Teams” adlı tətbiqi yükləyib istifadəçi adı və fərdi şifrələri ilə portalda qeydiyyatdan keçə bilərlər. Qeydiyyat zamanı və portaldan istifadə üzrə çətinlik çəkən istifadəçilər virtual.edu.az saytındakı müvafiq təlimatlarla tanış ola bilərlər.
Paylaş:
Müəllif : Fuad
Tarix:7-04-2020, 19:53
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:7-04-2020, 19:53
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
20-12-2024, 10:16