reklam
Regionxeberlericom.az » Cəmiyyət » Baş Nazirdən işsizlikdən sığorta ödənişi ilə bağlı qərar

reklam

Baş Nazirdən işsizlikdən sığorta ödənişi ilə bağlı qərar


Baş Nazir Əli Əsədov “Koronavirus (COVİD-19) pandemiyası ilə mübarizə şəraitində dövlət məşğulluq xidməti qurumlarında işsiz kimi qeydiyyata alınmış şəxslərin sosial müdafiəsi haqqında” qərar verib.

Qərara əsasən, 2020-ci il 1 aprel tarixinə işsizlikdən sığorta ödənişinin müddəti bitmiş işsiz şəxslərə minimum məbləğdə işsizlikdən sığorta ödənişi, habelə peşə hazırlığı prosesində fasilə yaranmış kursların müdavimlərinə verilən təqaüdün ödənişi Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin bitdiyi tarixdən sonrakı ayın 1-dək davam etdiriləcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu Qərardan irəli gələn məsələləri həll etməlidir.


Paylaş:


Müəllif : Tarix:
7-04-2020, 22:07
Sikayət   


loading...
Загрузка...